Məktəblilərə İslam həmrəyliyindən danışılıb

Nəsimi rayonu 8 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi” mövzusunda keçirilən tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Faiq Ələkbərov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf İsgəndərov, məktəbin direktoru Aytən Baxşıyeva, müəllim, şagird və valideynlər iştirak ediblər.

Nəsimi rayonu 8 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. "İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi" mövzusunda keçirilən tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Faiq Ələkbərov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf İsgəndərov, məktəbin direktoru Aytən Baxşıyeva, müəllim, şagird və valideynlər iştirak ediblər. Dini Komitədən "OLAYLAR"-a bildirilib ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi R.Əliyev çıxışında yeniyetmə və gənclərimizin milli-mənəvi dəyərlərə sadiq olmasında müəllim və valideynlərin üzərinə böyük məsuliyyət və öhdəliyin düşdüyünü vurğulayıb. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi F.Ələkbərov dini radikalizmin cəmiyyətə sirayət etməsinin qarşısının alınması yollarının öyrənilməsi, orta məktəblərdə şagirdləri zərərli vərdişlərdən qorumaq, onlara valideyn, vətən, millət sevgisi aşılamaq, dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərə köklənmək, İslam dinini olduğu kimi öyrənmək və həyatımıza tətbiq etməyin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda şagirdlərlə geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31