Debat Klubları üzrə təlimlər keçirilir
“Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsi çərçivəsində klub rəhbərləri üçün təlimlər davam edir. “OLAYLAR”-ın xəbərinə görə, layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
1 Mart 2017 17:02 Sosial"Məktəblilərin Təhsil Müzakirələri" Debat Klubları layihəsi çərçivəsində klub rəhbərləri üçün təlimlər davam edir. "OLAYLAR"-ın xəbərinə görə, layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Təlimlər Debat Klub rəhbərlərinin layihənin istiqamətləri ilə tanış olunması, onların maarifləndirilməsi və düzgün debat ideologiyasının məktəblərdə təbliği məqsədilə təşkil edilir. 95 nömrəli tam orta məktəbdə keçirilən təlimlərdə Xətai və Suraxanı rayonları üzrə layihəyə cəlb olunan 5 məktəbin Debat Klub rəhbərləri iştirak edib. Təlimlər zamanı Milli Debat Proqramının rəhbəri tərəfindən Debat Klublara rəhbərlik edəсək şəxslərə layihənin formatı izah edilib və zəruri informasiyalar verilib.
Qeyd edək ki, təlimlər martın 10-na qədər davam edəcək.