Sınıq Körpü sərhəd-keçid məntəqəsi müasir texnologiya ilə təmin edilir
Martın 1-də Azərbaycan-Gürcüstan sərhədində, Sınıq Körpü sərhəd-keçid məntəqəsində "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib. DGK-dan “Olaylar”a verilən məlumata görə, iclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev çıxış edərək Azərbaycan hökumətinin Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığından bəhs edib.
1 Mart 2017 17:31 SosialMartın 1-də Azərbaycan-Gürcüstan sərhədində, Sınıq Körpü sərhəd-keçid məntəqəsində "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib. DGK-dan "Olaylar"a verilən məlumata görə, iclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev çıxış edərək Azərbaycan hökumətinin Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığından bəhs edib. Hazırda isə "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin həyata keçirildiyini söyləyən Aydın Əliyev qeyd edib ki, bu layihə daşımaların təhlükəsizliyinin təmin edilməsi, mal və nəqliyyat vasitələrinin axınının tənzimlənməsi sahəsində Azərbaycan Gömrük Xidmətinin perspektiv planlarının göstəricisidir. Sonra iştirakçılar Azərbaycan tərəfində, Sınıq Körpü sərhəd-keçid məntəqəsində gömrük terminalı kompleksinin tikinti layihəsi və planı ilə tanış olublar. Onu da xatırladaq ki, "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi iki il müddətində (2016-2017) reallaşdırılacaq. Layihənin əsas məqsədi Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin Sınıq Körpü sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.