Gündəm

Premyer Liqa: XXI turun oyun cədvəli

1 Mart 2017 18:56

Premyer Liqada XXI turun oyun cədvəli açıqlanıb. Turun görüşləri iki günü əhatə edəcək.

Əli İnsanovun həbs müddəti artırıldı

1 Mart 2017 18:53

Martın 1-də Qaradağ Rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanınən verdiyi vəsatətə baxılıb.

ADU-da  Martişor bayramı qeyd olunub

1 Mart 2017 18:43

Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU)  Rumıniya və Moldova respublikalarının Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə hər iki ölkənin milli bayramı olan Bahar Günü-Martişor bayramı  qeyd olunub.

34 yaşlı Aygül sevgilisini ürəyindən bıçaqlayıb öldürdü

1 Mart 2017 18:39

Türkiyədə, Antalyanın Manavqat mahalında qırğız əsilli 34 yaşlı Aygül Nurbek spirtli içki qəbul edərkən mübahisə etdiyi 31 yaşlı sevgilisi Salim Sarıkayanı ürək, sinə altı və qolundan bıçaqlayıb.

Müdafiə Nazirliyi: "Bu, erməni təbliğatına xidmət edir"

1 Mart 2017 18:21

Müdafiə Nazirliyi son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə cəbhəboyu zonadakı vəziyyətlə bağlı narahatlıq doğuran yazılara reaksiya verib.

Ölkəmizdə əcnəbi işçi qüvvəsi ilə bağlı əmək miqrasiyası kvotasının tətbiqi mexanizmi təkmilləşdirilir

1 Mart 2017 18:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Xarici İşlər, Təhsil, İqtisadiyyat nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Neft Şirkətinin, Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi metodologiyasının təkmilləşdirilməsi məsələlərinə dair fokus qrup görüşü keçirilib.

ADU-da Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib

1 Mart 2017 18:12

Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşəbbüsü və təşkilatçılığı ilə 1 Mart-Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.

Tehranda DƏHŞƏTLİ QƏZA - Ölənlər və 90-a yaxın yaralı var

1 Mart 2017 18:10

İranın paytaxtı Tehranda qəribə yol-nəqliyyat hadisəsi baş verib. İnsident Tehranın cənubunda Moləvi küçəsində evsizlərin toplaşdığı ərazidə baş verib.

Akif Çovdarov zərərçəkmişləri dələduz adlandırıb - YENİLƏNİB

1 Mart 2017 18:09

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Ermənilərin canına qorxu salan xüsusi təyinatlılarımızın möhtəşəm VİDEOsu

1 Mart 2017 18:07

ATV-nin "Komando" verilişi sonuncu buraxılışında Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində çəkiliş aparılıb. Xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib. Hərbçilərimiz çətin sınaqları məharətlə dəf edərək şərti düşmənə qarşı döyüşüb. Başında şüşə qab sındıran xüsusi təyinatlılar Ermənistan bayrağı həkk olunan şiferləri darmadağın ediblər. 

Ermənilərin zirehli texnikasını hansı silahla məhv etdik? - VİDEO

1 Mart 2017 18:04

Bu gün Azərbaycan Müdafiə Nazirliyi fevralın 28-də Ermənistan silahlı qüvvələrinin öz mövqelərini möhkəmləndirmək üçün ön xəttə zirehli texnika çıxarmaq istədiyini bildirib. 

Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub

1 Mart 2017 17:48

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü və təşkilatçılığı ilə "Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi" forumu keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin, Çinin Kommersiya və Nəqliyyat nazirliklərinin, Dəmir Yolu Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının, beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edib.

Elmira Axundova erməniləri fakt qarşısında qoydu 

1 Mart 2017 17:46

MDB dövlətlərinin mədəni irsinin qorunması haqqında Konvensiyanın müzakirəsi üzrə işçi qrupun Peterburqda keçirilən iclasında iştirak edən Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək adı çəkilən Konvensiyaya prinsipial və əhəmiyyətli dəyişikliklər olunmasını təklif edib.Konvensiyanın aktuallığını qeyd edən millət vəkili bir sıra iradlarını da dilə gətirib: “Hər şeydən əvvəl qeyd etməliyəm ki, Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunması barədə bir çox beynəlxalq və regional Konvensiyalara qoşulub.

Fiziki şəxslər müvəqqəti gətirilən nəqliyyat vasitələrini vaxtında qaytarmasalar...

1 Mart 2017 17:43

Martın 1-dən etibarən "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 918 nömrəli Fərmanı ilə Dövlət Gömrük Komitəsinin üzərinə qoyulan vəzifələrin icrasına başlanılacaq.

Çində uraqan - Ölənlər var

1 Mart 2017 17:38

Çinin Tszyansu əyalətində uraqan 2 nəfərin həyatına son qoyub. Güclü uraqan nəticəsində daha 22 nəfər xəsarət alıb. Küləyin sürəti saniyədə 27 metrə çatıb. Dolu yağışı ilə müşayiət olunan uraqan evlərin damını uçurub. dağıntılara səbəb olub. Çin Hidrometeorologiya İdarəsi güclü küləyin yaxın sutka ərzində davam edəcəyi barədə xəbərdarlıq edib.