Ölkəmizdə əcnəbi işçi qüvvəsi ilə bağlı əmək miqrasiyası kvotasının tətbiqi mexanizmi təkmilləşdirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Xarici İşlər, Təhsil, İqtisadiyyat nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Neft Şirkətinin, Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi metodologiyasının təkmilləşdirilməsi məsələlərinə dair fokus qrup görüşü keçirilib.
1 Mart 2017 18:15 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Xarici İşlər, Təhsil, İqtisadiyyat nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Neft Şirkətinin, Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi metodologiyasının təkmilləşdirilməsi məsələlərinə dair fokus qrup görüşü keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirib ki, hazırda daxili əmək bazarının dünyada baş verən iqtisadi böhranın mənfi təsirlərindən effektiv qorunması diqqətdə saxlanan məsələlərdəndir. Bunun üçün əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi və əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi işləri aparılır.
Azərbaycanda əmək bazarı və əmək miqrasiyası kvotasına dair ötən illər üzrə informasiya və statistik məlumatlar təqdim olunub. Sonra beynəlxalq ekspert, Maastrixt Unversitetinin professoru Melissa Siegel əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi sahəsində dünya təcrübəsi barədə məlumat verib.
Tədbirdə Azərbaycanda əmək miqrasiyası kvotasının tətbiqi mexanizmi təkmilləşdirilməsi, əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi üzrə metodologiyanın hazırlanması ilə bağlı müzakirələr aparılıb.