34 yaşlı Aygül sevgilisini ürəyindən bıçaqlayıb öldürdü
Türkiyədə, Antalyanın Manavqat mahalında qırğız əsilli 34 yaşlı Aygül Nurbek spirtli içki qəbul edərkən mübahisə etdiyi 31 yaşlı sevgilisi Salim Sarıkayanı ürək, sinə altı və qolundan bıçaqlayıb.
1 Mart 2017 18:39 DünyaTürkiyədə, Antalyanın Manavqat mahalında qırğız əsilli 34 yaşlı Aygül Nurbek spirtli içki qəbul edərkən mübahisə etdiyi 31 yaşlı sevgilisi Salim Sarıkayanı ürək, sinə altı və qolundan bıçaqlayıb. Qanlı olay ötən gecə saat 02.15 radələrində meydana gəlib. Sarıkaya təcili yardımla Manavqat Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə gələn Rayon Təhlükəsizlik İdarəsinin əməkdaşları Aygül Nurbeki saxlayıblar. Milli.az Milliyet-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31