Kravçuk: “Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanın 300 yaşı var”
Ukraynanın birinci prezidenti Leonid Kravçuk hesab edir ki, Rusiya ilə Ukrayna arasında baş verən qarşıdurmanın təməli 300 il bundan öncə qoyulub. Eks-prezident bunu “112” TV kanalına müsahibə verərkən deyib.
1 Mart 2017 15:08 DünyaUkraynanın birinci prezidenti Leonid Kravçuk hesab edir ki, Rusiya ilə Ukrayna arasında baş verən qarşıdurmanın təməli 300 il bundan öncə qoyulub. Eks-prezident bunu "112" TV kanalına müsahibə verərkən deyib.
"Əgər biz bu məsələdən danışırıqsa, bu müharibə Pereyaslav radası vaxtından gedir. Hansı ki, biz o dövrlərdən Ukrayna kilsəsini və Ukrayna ölkəsini itirdik"-deyə qeyd edən Kravçukun sözlərinə görə, həmin münaqişə hazırkı zamana qədər gəlib çatıb.
O, həmçinin əlavə edib ki, Ukraynanın 2014-cü ildə Krımı itirməsi mərkəzin (Kiyevin-red.) bu yarımadada baş verən qanunsuzluqlara göz yumması, mövqelərinin zəifləməsi üzündən baş verdi. Sia.az