Gündəm
İsrail mətbuat Azərbaycandakı tolerantlıqdan yazdı
İsrailin tanınmış və nüfuzlu “Jerusalem Post” nəşrində Amerika və İsrail ölkələri üzrə hüquq müdafiəçisi Nurit Qrinqerin “Tolerantlıq yurdu Azərbaycan” adlı məqaləsi dərc edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, məqalədə ölkəmizdəki tolerantlıq, dinlərarası münasibət və birgəyaşayış ənənələrindən bəhs edilib.
Ali Baş Komandamızın rəhbərliyi ilə ordumuz bütün torpaqlarımızı işğaldan azad edəcək
«Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında Sərəncamı Qarabağa böyük qayıdışın müjdəsidir». “OLAYLAR”-ın xəbərinə görə, bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov səsləndirib.
157 məhbus əfv edildi - Gürcüstanda
Gürcüstan Prezidentinin fərmanı ilə 157 məhbus əfv edilib. Əfv olunanlar arasında qadınlar və yetkinlik yaşına çatmyan bir uşaq da var. Ölkənin Əfv komissiyası 890 məhbusun müraciətini nəzərdən keçirdikdən sonra əfv qərarı verilib. Bundan başqa, daha 64 məhbusun cəza müddəti azaldılıb.
Akif Əlizadə Avropa Nüvə Tədqiqatları Təşkilatında
İsveçrədə səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti – AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və institutun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Anar Rüstəmov Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) olublar.
“Könlümə düşmüsən”...
Mart ayının 8-də saat 15.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart Beynəlxalq qadınlar günü münasibətilə “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq. Teatrdan “Olaylar” – a bildirilir ki, hər il teatrın gənc və istedadlı aktyoru, teatrın Həmkarlar Komitəsinin sədri, Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb.
Tələbələr Misir Mədəniyyət Mərkəzində
Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və otelçilik” fakültəsinin birinci kurs tələbələri Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində oldular. Mərkəzdən“Olaylar”– abildirlirki, tanışlıq məqsədi daşıyan görüşdə tələbələri salamlayan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi onlara Mərkəz haqqında geniş məlumat verərək vurğuladı ki, “Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi 18 ildir Azərbaycanda fəaliyyət göstərən yeganə ərəb mədəniyyət mərkəzidi. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri də nəinki mədəniyyət, eləcə də adından məlum olduğu kimi təhsil və elm sahəsində əməkdaşlıq həyata keçirilməsindən ibarətdi. Misir Mədəniyyət Mərkəzi Turizm və Menecment Universiteti ilə də sıx əməkdaşlıq edir. Bundan başqa Universitetin “Turizm və otelçilik” ixtisasının tələbələri üçün Misirdə istehsalat təcrübəsi həyata keçirilməsi üçün danışıqlar aparılır və yaxın zamanlarda bu barədə məlumat veriləcək ”.
Məhəmməd Məmmədov: "Vidadi Zeynalov, məndən nə istəyirsən?" - "RABİTƏ İŞİ"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qadınları Türkiyəyə aparan şəxs tutulub
Ağdaş rayon sakininin qadın alveri ilə məşğul olduğu üzə çıxıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağdaş rayon sakini Tacirə Məlikovanın bir qrup şəxslə gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Yanacaqdoldurma məntəqəsinə silahlı basqın edilib
Tovuz rayonunda sürücü yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 28-də Tovuz rayonunun Qovlar şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinə gələn şəhər sakini Elşad Hüseynov “Mercedes” markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib. Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb etdikdə E.Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb. Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulub.Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
Kamran İmanov: “Hər bir xidmətə görə haqq alınacaq”
“Müəlliflik hüquqi ilə bağlı müvafiq qanunvericilikdə dəyişikliklər edilməlidir”.Bunu Müəllif Hüquqları Agentliyinin (publik hüquqi şəxs) sədri Kamran İmanov deyib.
Yol polisindən MÜBAHİSƏ DOĞURAN cərimələrlə bağlı- AÇIQLAMA
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərdəki təhlükəsizlik kəmərlərindən istifadə etməyənlərə qarşı tətbiq olunan cərimələrin məbləğini açıqlayıb. Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, avtomobildə istər sürücü, istərsə də şərnişin təhlükəsizlik kəmərindən istifadə etməlidir və bu məcburidir: "Əgər avtomobilin konstruksiyasında təhlükəsizlik kəməri varsa, sürücü və sərnişinlər həmin kəmərlərdən düzgün istifadə etməlidirlər. Təhlükəsizlik kəmərindən düzgün istifadə etməyən sürücü 40 manat, sərnişin isə 30 manat məbləğində cərimə edilir".
Xəzərdə tapılan meyit müayinə olundu
"Pirsaat daş silsiləsi" ərazisində tapılmış kişi meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunub.
Geomaqnit qasırğası olacaq
Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 3-dür (maksimum 9 olur), lakin o, daha da artacaq. Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir.
Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edib - YENİLƏNİB
Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevSammitdə iştirak edib. Sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdirdilər.
Rusya və Çin hökumətləri veto qoydu Birləşmiş Millətlər Təşkilatı
Dünən BMT-nin Təhlükəsizlik Şurasının iclası baş tutub. Cenevrədə keçirilən iclasda Moskva tərəfi yeddinci vetonu qoyaraq, Suriyaya müdaxilə olunma qərardadını, qərar olmaqdan çıxarıb.














