Gündəm

Hərbi ekspert: “Tərəfdaşlıq daha da qüdrətli hərbi potensialın yaradılmasına töhfə verəcək” 

1 Mart 2017 14:12

“Azərbaycan və Pakistan arasında çox yaxın dostluq münasibətləri var. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan və diplomatik əlaqələr quran dövlətlərdən biri məhz Pakistan olub. Pakistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu ölkə bizimlə həmrəydir və hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllində köməklik göstərməyə hazır olduğunu bildirir. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri iki ölkə arasında bütün sahələrdə olan münasibətləri daha da genişləndirəcək”. Bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, hərbi ekspert Cəlil Xəlilov bildirib.

Osman Gündüz: “Azərbaycanın maraqlarına zidd informasiyaları yayanlara qarşı sərt mövqe sərgilənməlidir”

1 Mart 2017 14:11

“Həm ötən ilin aprelində, həm də bu ilin fevralında cəbhədə baş verən hadisələrdən sonra internet media və sosial şəbəkələrdə Azərbaycanın maraqlarına uyğun olmayan hərbi informasiyaların yer alması müşahidə olundu. Bu, qanunvericiliyin kobud  şəkildə pozulmasıdır. Belə problemlərin həllini də qanunvericiliyə uyğun həyata keçirmək lazımdır. Azərbaycan hüquqi dövlətdir. Burada bütün məsələlər hüquqa söykənir”. Bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

"İnternet qanunla tənzimlənməlidir " Akif Aşırlı

1 Mart 2017 14:10

 “Çox təəssüf ki, bəzi saytlarda, sosial şəbəkələrdə son günlər cəbhədə gərginliyin artması ilə bağlı düzgün, ölkəmizin mövqeyinə uyğun olmayan informasiyalar yayıldı. Bununla bağlı Mətbuat Şurasının xəbərdarlığı, eləcə də müxtəlif ekspertlərin məsələ ilə əlaqədar fikirləri səsləndirilsə də,  bəziləri buna əməl etmədilər”. Bunu “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı  deyib.

“Düşmən ağır zərbələr alacaq hamımız eşidəcəyik” Üzeyir Cəfərov

1 Mart 2017 14:09

“Ermənistanın həm əvvəlki, həm də hazırkı siyasi-hərbi rəhbərlərinin ağılsız və düşüncəsiz addımları bu vassal ölkəni böyük sürətlə fəlakətlərə aparır. Diqqət edin ki, son vaxtlar bunlar sanki zəncirdən buraxılan buğa kimi "yetənə yetir, yetməyənə isə daş atırlar". Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

“Söz adamı”.

1 Mart 2017 14:07

Filologiya elmləri doktoru, tanınmış  tənqidçi Vaqif Yu­sif­li­nin “Akif ƏLİ. Söz adamı” adlı ye­ni ki­ta­bı respublikanın əmək­dar jur­na­listi, fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru, ya­zı­çı-pub­li­sist Akif Əlinin ya­ra­dı­cı­lı­ğı­na həsr edil­miş­dir. Mü­əl­lif  Azər­bay­can zi­ya­lısının keç­di­yi zən­gin ömür yo­lu­na nə­zər sa­laraq, onun çox­şaxəli elmi-ədəbi ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti­ni təd­qiq etmiş və ümu­mən hə­ya­ta ba­xış­la­rın­da mü­şa­hi­də et­di­yi ori­ji­nal­lı­ğı ki­ta­bın əsas möv­zu­su­na çe­vi­rmişdir.

Paytaxtda dollar satan tutulub

1 Mart 2017 13:41

Bakı şəhərində dollar satan şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 28-də paytaxtın Nizami rayonu ərazisində Sumqayıt şəhər sakini Taleh Ağayev 100 ABŞ dollarını 178 manata satdığı üçün Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi ilə protokol tərtib olunub və o, cərimə edilib.

Ombudsmanın hesabatı MM-in plenar iclasına tövsiyə olunub

1 Mart 2017 13:39

Milli Məclisin İnsan hüquqları komitəsinin martın 1-də keçirilən iclasında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik məruzəsi müzakirəyə çıxarılıb.“Olaylar”-ın məlumatına görə, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki , illik məruzə hərtərəfli hazırlanıb.

Vitse-spiker Ombudsmanın müdafiəsinə qalxdı: “Aparatının müstəqil olmaması barədə deyilən fikirlər qərəzlidir”

1 Mart 2017 13:38

"Ombudsman Aparatının müstəqil olmaması barədə deyilən fikirlər qərəzlidir və bu, mənfi qüvvələrin Azərbaycana uzadılmış əllərinin nəticəsidir". "Olaylar”-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova komitənin iclasında Ombudsman Aparatının ötən ilki hesabatının müzakirəsi zamanı deyib.

Əflatun Amaşov: "Media Ombudsmanı ilə bağlı əməli iş görülməyib"

1 Mart 2017 13:35

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) mətbuat üzrə fəaliyyətindən narazılığını bildirib. “Olaylar” xəbər verir ki, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsmanın 2016-cı il üzrə illik məruzəsinin müzakirəsi zamanı Ə. Amaşov bildirib ki, bir müddət əvvəl Media Ombudsmanı yaradılaraq Ombudsmanın səlahiyyətinə verilib:“Təəssüf ki, bu institut özünü doğrultmadı”.

540 nəfər könüllü olmaq üçün müraciət edib

1 Mart 2017 13:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsində reallaşdırılan üçüncü könüllülük proqramı başa çatıb. “OLAYLAR”-ın xəbərinə görə, üçüncü könüllülük proqramı çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 540 nəfər müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 250 nəfər müsahibəyə çağırılıb və 35 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 28 nəfər BŞTİ–nin müvafiq sektorlarında və 7 nəfər isə xidmət bölmələrində fəaliyyətə başlayıb.

YAP Gənclər Birliyinin üzvləri Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər

1 Mart 2017 13:30

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər. “OLAYLAR”-ın xəbərinə görə, bu sözləri YAP GB-nin sədri Seymur Orucov martın 1-də “Cocuq Mərcanlıdan-Şuşaya” layihəsinin təqdimatı ilə bağlı Birliyin ofisində təşkil olunan mətbuat konfransında deyib.

Azərbaycanlı polkovnik vəfat edib

1 Mart 2017 13:28

Müdafiə Nazirliyinin Tikinti Baş İdarəsinin keçmiş rəisi, “Əməkdar İnşaatçı” istefada olan polkovnik Adil Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Müvəkkilə 15 ildə 148 750 müraciət daxil olub

1 Mart 2017 13:26

Ombudsmanın 15 illik fəaliyyəti dövründə onun ünvanına 148 750 müraciət daxil olub. Yalnız 2016-cı ildə 18 740 müraciət daxil olub.“Olaylar”-in məlumatına görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Bahar Muradova: Cəbhədəki gərginlik hələ səngiməyib

1 Mart 2017 13:23

"Son günlər cəbhədə çox ciddi gərginliklər olub. Lakin bu gərginlik hələ səngiməyib və hələ də hiss olunmaqdadır".“Olaylar”-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Bəhruz Kəngərli- 125

1 Mart 2017 13:22

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli rəssam Bəhruz Kəngərlinin 125 illiyinə həsr olunmuş məruzə-sərgi keçirilib. Sərgi 5 nömrəli uşaq incəsənət məktəbində təşkil olunub. Baş İdarədən “Olaylar” – a bildirilir ki, incəsənət şöbəsinin müəllimi Aynurə Haqverdiyeva çıxış edərək vurğulayıb ki, Azərbaycan təsviri sənətində fərdi yaradıcılıq üslubu ilə böyük məktəb yaratmış Bəhruz Kəngərli unudulmaz sənətkarlardandı. Sənətə həsr etdiyi yeddi il ərzində 2000-dək əsər yaradıb və təsviri sənətdə özündən sonra zəngin irs qoyub. Qeyd edək ki, Azərbaycanda səlis dəzgah boyakarlığının , portret, mənzərə, natürmort, süjetli- tematik və teatr dekorasiya janrlarının, peşəkar, bədii peşəkar, rəngkarlıq sənətinin yaranması Bəhruz Kəngərlinin adı ilə bağlıdı.