Gündəm

Obamalara 60 milyonluq təklif

1 Mart 2017 13:21

Səkkiz il Amerikanın prezidenti olan Barak Obama və həyat yoldaşı Mişel Obamaya yazacaqları kitab üçün 60 milyon dollar təklif olunur. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, mətbuatın davamlı izlədiyi Obama ailəsinə nəşriyyat evləri təkliflər yağdırır.  Obama bundan öncə çap olunan 3 kitabını Penguin Random House nəşriyyat evində çap edirib. Verilən məlumata görə, Obama bu dəfə də Penguin Random House nəşriyyat evinə sadiq qalacaq.

Mikayıl Mirzə - “Odlu-alovlu sənətkar”

1 Mart 2017 13:19

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş “Odlu-alovlu sənətkar” adlı tədbir keçirilib. Baş İdarədən “Olaylar” – a bildirilir ki, tədbir Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında təşkil olunub.Tədbirdə Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycanın əməkdar artisti Füzuli Hüseynov, Azərbaycanın teatr aktyoru Kamran Yunis, Azərbaycanın xalq şairi X.R.Ulutürkün bacısı Ulduz Əhmədova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndəsi Sücayət Piriyeva, aşıq Cavanşir Quliyev, 116, 261 saylı tam orta məktəbin şagirdləri, Xətai rayon MKS-nin fəal oxucuları və əməkdaşları iştirak ediblər.

Milyonçular niyə qaçırlar? - ARAŞDIRMA 

1 Mart 2017 13:14

Yaxın Şərq və Şimali Afrika ölkələrindən Afrikaya miqrantların axını, ABŞH-da Donald Trampın prezident seçilməsi, Türkiyədə terror aktları, Avropa Birliyi ölkələrində ifrat sağçıların mövqelərinin möhkəmlənməsi... Bütün bunlar qlobal miqyasda yeni situasiyanın yaranmasına, "milyonçu miqrasiyası"na səbəb olub.

Erməninin obyektinə "Allahu Əkbər" sədaları altında hücum edildi - VİDEO

1 Mart 2017 13:12

Rusiyanın İrkutsk şəhərində ermənilərin restoranına silahlı basqın edilib. Hücum edənlər İnquşetiya respublikasının vətəndaşları olub. Restoran sahibinin sözlərinə görə, hücuma səbəb bir neçə inquşun restorana buraxılmaması olub. Restoranın işçisi Qarik Aqaranyan restorana sərxoş gələn şəxsləri içəri buraxmayıb. Bir müddət sonra isə 40 nəfər şəxs restorana basqın edib. Baş verən kütləvi davada 28 yaşlı Qarik Aqaranyan aldığı güllə yarasından həlak olub. Restoran sahibi Roman Aqqoranyan əvvəlcə restorana terrorçuların hücum etdiyini zənn edib.

Qırğızıstan Prezidenti Administrasiyasına YENİ RƏHBƏR - 39 yaşı var

1 Mart 2017 13:09

Qırğızıstan Prezidenti Almazbek Atambayev öz administrasiyasına yeni rəhbər təyin edib. Prezident Administrasiyasının yeni rəhbəri 39 yaşlı Sapar İsakov olub. O, bundan əvvəl administrasiya rəhbərinin birinci müavini vəzifəsində çalışıb.

İcra başçısı Zakirin Şəhidlər xiyabanında basdırılmamasından DANIŞDI: "Orada yalnız..." - VİDEO

1 Mart 2017 13:04

Fevralın 25-də Xocavənd rayonunda şəhid olan əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında deyil, ümumi qəbiristanlıqda dəfninin ailəsinin narazılığına səbəb olması haqda məlumat yayılıb. 

Sosial mənzillərin verilmə QAYDASI açıqlandı - Qeydiyyat növbəlilik prinsipi əsasında olmayacaq

1 Mart 2017 12:50

Hövsan qəsəbəsində ayrılan torpaq sahəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi binalarda 3100-3300 yaşayış mənzili olacaq. Bunu MİDA-nın direktoru Samir Nuriyev "Caspian Euopean Club"da çıxışı zamanı bildirib.

Hava dumanlı olacaq

1 Mart 2017 12:47

Bakı və Abşeron yarımadasında martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Şok kadrlar: xəstəxanada ölü uşağın ruhu dolaşır - VİDEO

1 Mart 2017 12:44

Dəhlizdə görünən qaraltının fiqur, yaxud optik illüzyia olduğunu araşqdırırıq. İstənilən halda bu olaya başdansovdu yanaşmaq niyyətində deyilik. Məsələ çox böyüyüb və həqiqətin üzə çıxarılmasına ehtiyac duyulur.

Müşfiq Ələsgərli: “Ölkəmizi təhlükə qarşısında qoymayaq” 

1 Mart 2017 12:39

“Təəssüf hissi ilə bildirirəm ki, dəfələrlə xəbərdalıqlar edilməsinə, təlimatlar verilməsinə, təlimlər keçirilməsinə baxmayaraq, yenə də bəzi sosial şəbəkə istifadəçiləri və özünü media qurumu elan etmiş onlayn resurslar müharibə dövrünün informasiya yayımı şərtlərini pozurlar. Fevralın son günlərində cəbhə bölgəsində baş verən hadisələr zamanı bu hal yenidən təkrarlandı”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Belçikanın tanınmış qəzeti Ermənistanın gerçək üzünü ifşa etdi 

1 Mart 2017 12:36

Belçikanın iki dildə çap olunan "Metro" qəzeti Ermənistanın Xocalıda törətdikləri haqqında məlumat yayıb. Qəzetdə xüsusi olaraq 25-il bundan öncə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törətdikləri soyqırım zamanı 613 dinc insanın vəhşicəsinə qətlə yetirilməsi, 1275 nəfər əsir götürülməsi, girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmaması qeyd edilib. Bildirək ki, qəzet gündəlik 200 min tirajla çıxır.

MN düşmənin itkilərini gizlətməsinin səbəblərinə aydınlıq gətirib

1 Mart 2017 12:23

“Qoşunlarımız sərəncamında olan istənilən ən müasir silahlardan bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq imkanındadır".

İnkassatora silahlı hücum - 22 yaşlı qadın saxlanıldı

1 Mart 2017 12:20

İranda inkassator maşınından pul oğurlanıb. Hadisə ötən həftə Tehran şəhərində baş verib. İranın "Pasarqad" bankına məxsus inkassator maşına biri qadın olmaqla 3 nəfərlik dəstə yolda hücum edib. Dəstə üzvləri "Kalaşnikov" avtomatları ilə sürcünü hədələyərək 900 milyon tümən (təxminən 250 min ABŞ dolları) pul aparıblar.

Xalq yazıçısı Anarın əsərləri ərəb dilində

1 Mart 2017 12:15

Bu günlərdə Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində xalq yazıçısı Anarın ərəb dilində tərcümə olunmuş seçilmiş əsərlərindən ibarət kitabın təqdimatı mərasimi keçirildi. Mərkəzdən “Olaylar” – a bildirilir ki, tədbiri giriş sözləri ilə açan Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonaqları salamlayaraq bildirdi ki,  “Misir Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də həm Misirin, həm də Azərbaycanın görkəmli ziyalıların, elm xadimlərinin həyatı və yaradıcılığı ilə, onların əsərləri ilə Misir oxucularını məlumatlandırmaqdan ibarətdi. Bu toplu nəinki Misir, eyni zamanda geniş coğrafi ərazini əhatə edən 22 ərəb dilli dövlət və 500 milyon əhalinin oxuması üçün nəzərdə tutulub. Bundan başqa qeyd etmək istərdim ki, Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması ölkələrimizin bir birinə yaxınlaşması, daha yaxşı tanıması üçün seçilmiş ən düzgün yol və İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdü”.