Sosial mənzillərin verilmə QAYDASI açıqlandı - Qeydiyyat növbəlilik prinsipi əsasında olmayacaq

Hövsan qəsəbəsində ayrılan torpaq sahəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi binalarda 3100-3300 yaşayış mənzili olacaq. Bunu MİDA-nın direktoru Samir Nuriyev "Caspian Euopean Club"da çıxışı zamanı bildirib.

S.Nuriyev bildirib ki, ümumiyyətlə, vətəndaşlara veriləcək evlərlə bağlı qeydiyyat növbəlilik prinsipi əsasında olmayacaq: "Tez qeydiyyatdan keçən daha tez mənzilə sahib olacaq. Mənzillər tam təmirli, mətbəx mebeli ilə birgə veriləcək. Yaşayış massivləri hazır olduqdan sonra onların idarəedilməsi ilə bağlı MİDA MMC öz təkliflərini verəcək".
 
Onun sözlərinə görə, Bakının 3, Sumqayıtın isə 1 ASAN xidmət mərkəzlərində MİDA əməkdaşları vətəndaşların suallarını cavablandırmaq, onları məlumatlandırmaq üçün olacaqlar. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31