Mikayıl Mirzə - “Odlu-alovlu sənətkar”

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş “Odlu-alovlu sənətkar” adlı tədbir keçirilib. Baş İdarədən “Olaylar” – a bildirilir ki, tədbir Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında təşkil olunub.Tədbirdə Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycanın əməkdar artisti Füzuli Hüseynov, Azərbaycanın teatr aktyoru Kamran Yunis, Azərbaycanın xalq şairi X.R.Ulutürkün bacısı Ulduz Əhmədova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndəsi Sücayət Piriyeva, aşıq Cavanşir Quliyev, 116, 261 saylı tam orta məktəbin şagirdləri, Xətai rayon MKS-nin fəal oxucuları və əməkdaşları iştirak ediblər.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş "Odlu-alovlu sənətkar" adlı tədbir keçirilib. Baş İdarədən "Olaylar" - a bildirilir ki, tədbir Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında təşkil olunub.Tədbirdə Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycanın əməkdar artisti Füzuli Hüseynov, Azərbaycanın teatr aktyoru Kamran Yunis, Azərbaycanın xalq şairi X.R.Ulutürkün bacısı Ulduz Əhmədova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndəsi Sücayət Piriyeva, aşıq Cavanşir Quliyev, 116, 261 saylı tam orta məktəbin şagirdləri, Xətai rayon MKS-nin fəal oxucuları və əməkdaşları iştirak ediblər.

İlk öncə tədbiri Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşı Gülzadə Quliyeva açaraq xalq artistinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Daha sonra xalq artisti Mikayıl Mirzənin ifasında səslənən şeirlər təqdim edilib, yaradıcılığını əks etdirən video-slayda baxış keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31