Gündəm
Muzeyin nadir incilərindən
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Azərbaycan xanımlarına məxsus çoxçeşidli baş bəzəkləri mühafizə olunur. Muzeydən “Olaylar” – a verilən məlumata görə, bir-birindən hazırlanma texnikası, forma və dekoru ilə fərqlənən baş bəzəkləri xüsusi zövq ilə tərtib olunub. Dini və dekorativ funksiyalarla yanaşı, baş bəzəkləri xanımın yaşı, sosial statusu, regionu və s. haqqında da məlumat verir.
Macarıstan mətbuatı Xocalı soyqırımından yazıb
Macarıstan-Azərbaycan Gənclər Birliyinin təşəbbüsü ilə Xocalı soyqırımının 25 illik ildönümü ilə əlaqədar olaraq yerli mətbuatda həm macar, həm ingilis dillərində məlumat xarakterli bir sıra materiallar dərc edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, məlumatlar yerli ictimaiyyətin gündəlik ən çox müraciət etdiyi “alfahir.hu”, “dailynewshungary.hu”, “os.mti.hu” xəbər portallarında yerləşdirilib. Məqalələrdə Qarabağın Azərbaycanın əzəli, tarixi torpaqları olması və Ermənistan ordusunun işğalı nəticəsində yaranmış vəziyyət əksini tapıb.
Qarabağa və ətraf rayonlarda olan ərazilərimizə adi ərazilər kimi yanaşmayın
“Bəzi adamların düşmənlərimizin bizdən aldıqları ərazilərin təbiətinin qiymətindən bəlkə də xəbərləri yoxdur. Həqiqət bundan ibarətdir ki, adicə Qubadlı rayonu əsasən dağlıq, dağətəyi, meşə və çayyatağı ərazilərindən ibarətdir. Həkəri, Kiçik Həkəri, Ağçayı, Bəxtiyarlı çayı, Xoşgədik çayı, Dovudlu çayı və 600-dən artıq minerallarla zəngin, soyuq sulara malik bulaqlar var”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən AMEA-nın elmi işçisi Əkrəm Həsənov deyib ki, bunlar Allah təalanın bizə bəxş etdiyi qiymətini ödəyə bilmədiyimiz nemətlərdir: “Hələ bunlar təkcə bizim Qubadlı rayonunun kəndlərində olanlardır.
Sərbəst güləşçilərimiz Yakutiyada mübarizə aparacaq
Martın 4-5-də Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayacaq.
“Nizami” stansiyasında təmirin növbəti mərhələsi başlayıb
Ötən il «Nizami» stansiyasının yol divarları üzlüklərinin yenilənməsi ilə başlanan təmir işləri noyabr ayından etibarən orta zalda davam edir. “Bakımetropoliteni” QSC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, burada ilk növbədə platforma altındakı arakəsmələr sökülüb, platformanın möhkəmləndirilməsi üçün 36 riger qoyulub, kollektorun divarları hər iki tərəfdən möhkəmlənib. Arakəsmələrin sökülməsi stansiyaya yaxın 22 saylı ventilyasiya şaxtasından vurulan hava axınının səmərəli sirkulyasiyasını təmin edib.
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qətiyyətli addımlar atmalıyıq"
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün qətiyyətli addımlar atmalıyıq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanİslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində çıxışı zamanı deyib.
Leyla Əliyeva Moskvada Xocalı soyqırımının ildönümünə həsr olunmuş "Əbədi xatirə" adlı gecədə iştirak edib
Fevralın 28-də Moskvada, "Ukrayna" mehmanxanasının konqres salonunda "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Əbədi xatirə" adlı gecə keçirilib.
Həmsədr: "Təmas xəttində son hadisələr danışıqları bir daha zəruri edir"
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son hadisələr regionda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi istiqamətində tərəflər arasında danışıqların başlanmasının vacibliyini bir daha gündəmə gətirir.
Ümumdünya İmmunitet gününə həsr olunmuş dəyirmi masa keçirilib
Martın 1-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 1 mart – Ümumdünya İmmunitet gününə həsr olunmuş tədbir keçirilib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən “Olaylar” veriən məlumata görə, tədbirdə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı çərçivəsində görülən işlər barədə məlumat verilib. Görüşdə iştirak edən həkim-pediatrlar, uşaq poliklinikalarının həkimləri Azərbaycanda uşaqların icbari dispanserizasiyasının uğurla həyata keçirilməsi barədə ətraflı məlumat vermiş, statistik məlumat açıqlayıblar.
Səidədən Elnarəyə: "Sən mənim heç vecimə də deyilsən"
Müğənni Səidə Sultanla Elnarə Xəlilova arasında qalmaqal səngimək bilmir. Səidə yenidən həmkarı Elnarənin bostanını daşlayıb:“Baxıram “W-Trio” Elnarə də səviyyədən danışır. Adama deyərlər heç dava yeridir? İnanırsan, Elnarə, sən mənim heç vecimə də deyilsən!”.
Ölkə əhalisinin 2 milyon 800 min nəfərini uşaqlar təşkil edir
"Azərbaycanda 3 ildir ki, mövcud qanunvericiliyə uyğun olaraq uşaqların icbari dispanzerizasiyası keçirilir. Bu qanunun məqsədi uşaqların sağlamlığına göstərilən dövlət dəstəyinin göstəricisidir".
Uşaqlara dərmanı necə verək?
Anaların uşaqlara bağlı məsələlərdə əziyyət çəkdiyi məqamlardan biri onlara dərman vasitələrinin verilməsidir. Bəzən uşaqlar dərman qəbul edərkən təzyiq göstərir, bəziləri ilə onu qəbul etməkdən imtina edirlər. Lakin burada ən təhlükəli məqam uşaqlara həblərin bütöv şəklində verilməsidir. Uşaqlar həbləri düzgün qəbul etmədikdə, onlarda boğulma, çeçəmə kimi hallar baş verir. Belə məqamlarda ən pisi isə uşağın həb üzündən həyatını itirməsidir. Bir neçə gün öncə Astara rayonunda bununla bağlı bədbəxt hadisə baş vermişdi. Belə ki, rayonun Artoba kəndində yaşayan 2014-cü il təvəllüdlü Həlimə Kamran qızı Ağazadə boğazında dərman qalması səbəbindən boğularaq ölmüşdü. Bəs azyaşlı uşaqlara həb vermək olarmı? Həblər uşaqlara necə verilməlidir? SİA bu suallara cavab tapmağa çalışıb.
Birgə layihələr müzakirə olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib.
Turizm Şurasının növbəti iclası keçirilib
Azərbaycan Respublikası Turizm Şurasının ikinci iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verib.
Tramp bu ölkəni immiqrasiya fərmanındakı ölkələr siyahısından çıxaracaq
ABŞ prezidenti Donald Tramp yeni immiqrasiya fərmanında İraqı ölkələr siyasından çıxaracaq. Trampın ABŞ-ın terrorizmdən müdafiəsinə dair fərmanı radikal islamçıların ölkəyə daxil olmamağı xarakterini daşıyır.














