Qarabağa və ətraf rayonlarda olan ərazilərimizə adi ərazilər kimi yanaşmayın

 “Bəzi adamların düşmənlərimizin bizdən aldıqları ərazilərin təbiətinin qiymətindən bəlkə də xəbərləri yoxdur. Həqiqət bundan ibarətdir ki, adicə Qubadlı rayonu əsasən dağlıq, dağətəyi, meşə və çayyatağı ərazilərindən ibarətdir. Həkəri, Kiçik Həkəri, Ağçayı, Bəxtiyarlı çayı, Xoşgədik çayı, Dovudlu çayı və 600-dən artıq minerallarla zəngin, soyuq sulara malik bulaqlar var”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən AMEA-nın elmi işçisi Əkrəm Həsənov deyib ki, bunlar Allah təalanın bizə bəxş etdiyi qiymətini ödəyə bilmədiyimiz nemətlərdir: “Hələ bunlar təkcə bizim Qubadlı rayonunun kəndlərində olanlardır.

Əkrəm Həsənov: "Oraları tezliklə düşmən əsarətindən azad etməliyik"

"Bəzi adamların düşmənlərimizin bizdən aldıqları ərazilərin təbiətinin qiymətindən bəlkə də xəbərləri yoxdur. Həqiqət bundan ibarətdir ki, adicə Qubadlı rayonu əsasən dağlıq, dağətəyi, meşə və çayyatağı ərazilərindən ibarətdir. Həkəri, Kiçik Həkəri, Ağçayı, Bəxtiyarlı çayı, Xoşgədik çayı, Dovudlu çayı və 600-dən artıq minerallarla zəngin, soyuq sulara malik bulaqlar var". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən AMEA-nın elmi işçisi Əkrəm Həsənov deyib ki, bunlar Allah təalanın bizə bəxş etdiyi qiymətini ödəyə bilmədiyimiz nemətlərdir: "Hələ bunlar təkcə bizim Qubadlı rayonunun kəndlərində olanlardır. Qubadlının saf havası və biokimyəvi tərkibinə görə dəyərli sularından bəhrələnən insanları əsasən xəstəlik bilməz, xoş əhval ruhiyyədə uzun ömür yaşayırdılar. Mütəxəssislər suyun, havanın, təbiətin çirklənməsinin insan orqnaizminə vurduğu zərəri narkomaniya ilə eyniləşdirirlər. Qoca nənə və babalarımızın dişləri hamısı sağlam şəkildə möhkəm dayanmışdı. Amma indi gənc vaxtlarından dişlərimiz tökülüb gedir. Siz Qarabağa və ətraf rayonlarda olan ərazilərimizə adi ərazilər kimi yanaşmayın. Oranın nemətlərinin qiymətini hesablayıb bitirmək pula çevirmək mümkün deyildir. Oraları tezliklə düşmən əsarətindən azad etməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31