Sərbəst güləşçilərimiz Yakutiyada mübarizə aparacaq
Martın 4-5-də Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayacaq.
1 Mart 2017 12:07 İdmanMartın 4-5-də Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayacaq. Yığma komandanın məşqçisi Rövşən Hacıyein rəhbərliyi altında turnirə Şahin Muxtarov (50 kq), İntiqam Vəlizadə (55 kq), Rəşad Yusifli, Abubakr Abakarov (hər ikisi 74 kq) və Asxab Həmzətov (96 kq) yollanacaq. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edəcək. Turnirin proqramına əsasən, martın 4-də 50, 60, 74 və 96 kq, martın 5-də isə 55, 66, 84 və 120 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq.