Ölkə əhalisinin 2 milyon 800 min nəfərini uşaqlar təşkil edir

"Azərbaycanda 3 ildir ki, mövcud qanunvericiliyə uyğun olaraq uşaqların icbari dispanzerizasiyası keçirilir. Bu qanunun məqsədi uşaqların sağlamlığına göstərilən dövlət dəstəyinin göstəricisidir".

"Azərbaycanda 3 ildir ki, mövcud qanunvericiliyə uyğun olaraq uşaqların icbari dispanzerizasiyası keçirilir. Bu qanunun məqsədi uşaqların sağlamlığına göstərilən dövlət dəstəyinin göstəricisidir". Bunu Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, icbari dispanzerizasiyası 0 -18 yaş uşaqları əhatə edir: "Azərbaycanda əhalinin 1 /3-ni uşaqlar təşkil edir. Bu da təxminə 2 milyon 800 min nəfər deməkdir. Bu rəqəm yaxın zamanda 3 milyonla əvəz olunacaq. İcbari dispanserizasiya haqqında qanun bütün bu uşaqlarda şamil edilir. Uşaqlar qanuna uyğun olaraq müayinə edilir, xəstəlik aşkar edildikdə, sonrakı mərhələdə müalicəyə göndərilir. Uşaqların yaşından asılı olaraq, tibbi müayinələrin sayı dəyişir. Uşaqlar 1 yaşa qədər 10 dəfəyə qədər müayinədən keçir. Uşaq doğulduqda 1 ay müddətində ən azı 3 dəfə, 1 yaşına qədər müddətdə ay da bir dəfə olmaqla, ildə 14 dəfə müayinədən keçməlidir. 1 yaşından sonra uşaqlar kvartalda bir dəfə, 3 yaşından sonra ildə bir dəfə tibbi müayinədən keçməlidir".

N.Quliyev söyləyib ki, uşaqların müayinə və müalicəsi külli miqdarda pul tələb etsə də, dövlət bunu öz üzərinə götürüb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31