Muzeyin nadir incilərindən

Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Azərbaycan xanımlarına məxsus çoxçeşidli baş bəzəkləri mühafizə olunur. Muzeydən “Olaylar” – a verilən məlumata görə, bir-birindən hazırlanma texnikası, forma və dekoru ilə fərqlənən baş bəzəkləri xüsusi zövq ilə tərtib olunub. Dini və dekorativ funksiyalarla yanaşı, baş bəzəkləri xanımın yaşı, sosial statusu, regionu və s. haqqında da məlumat verir.

Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid Azərbaycan xanımlarına məxsus çoxçeşidli baş bəzəkləri mühafizə olunur. Muzeydən "Olaylar" - a verilən məlumata görə, bir-birindən hazırlanma texnikası, forma və dekoru ilə fərqlənən baş bəzəkləri xüsusi zövq ilə tərtib olunub. Dini və dekorativ funksiyalarla yanaşı, baş bəzəkləri xanımın yaşı, sosial statusu, regionu və s. haqqında da məlumat verir.

Fondda mühafizə olunan "Alınlıq" baş bəzəyi 1930-cu illərdə Muzeyə hədiyyə olunub. XIX əsr Gəncə sənətkarlarına məxsus gümüş baş bəzəyi döymə və şəbəkə texnikası ilə hazırlanıb. Nəbati naxışlarla bərabər baş bəzəyindəki medalyonun üzərində məhəbbət simvolu olan qoşa quş təsviri də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31