Ümumdünya İmmunitet gününə həsr olunmuş dəyirmi masa keçirilib
Martın 1-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 1 mart – Ümumdünya İmmunitet gününə həsr olunmuş tədbir keçirilib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən “Olaylar” veriən məlumata görə, tədbirdə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı çərçivəsində görülən işlər barədə məlumat verilib. Görüşdə iştirak edən həkim-pediatrlar, uşaq poliklinikalarının həkimləri Azərbaycanda uşaqların icbari dispanserizasiyasının uğurla həyata keçirilməsi barədə ətraflı məlumat vermiş, statistik məlumat açıqlayıblar.
1 Mart 2017 11:52 SosialMartın 1-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 1 mart - Ümumdünya İmmunitet gününə həsr olunmuş tədbir keçirilib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Olaylar" veriən məlumata görə, tədbirdə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı çərçivəsində görülən işlər barədə məlumat verilib. Görüşdə iştirak edən həkim-pediatrlar, uşaq poliklinikalarının həkimləri Azərbaycanda uşaqların icbari dispanserizasiyasının uğurla həyata keçirilməsi barədə ətraflı məlumat vermiş, statistik məlumat açıqlayıblar. Tədbir iştirakçılarına uşaqların icbari dispanserizasiyasının məqsəd və vəzifələri, Dövlət Proqramının mahiyyəti və əsas hədəfləri çatdırılıb.
Qeyd edilib ki, dövlət tərəfindən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə davamlı addımlar atılır. Digər tərəfdən, əhali, valideynlər uşaqların icbari dispanserizasiyasına məsuliyyətli yanaşmalıdırlar. Xatırladaq ki, 2013-cü ilin aprelində ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycanda "Uşaqların icbari dispanzerizasiyası haqqında" qanun təsdiq olunaraq qüvvəyə minib və bu qanuna əsasən Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçməlidirlər.