Turizm Şurasının növbəti iclası keçirilib  

Azərbaycan Respublikası Turizm Şurasının ikinci iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Azərbaycan Respublikası Turizm Şurasının ikinci iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, iclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verib. Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırıb. Həmçinin ötən illər ərzində ölkəmizin turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Nazir Prezident İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Turizm Şurası haqqında Əsasnamə"də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə də məlumat verib. Ticarət festivallarının keçirilməsi məsələsinə toxunan nazir bildirib ki, birinci festival aprelin 10-dan mayın 10-dək keçiriləcək. Qeyd edilib ki, bu ərəfədə ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin də keçiriləcəyini nəzərə alsaq, bu tədbirə xarici turistlərin marağı daha da yüksək olacaq. Ticarət festivalları davamlı olaraq keçiriləcək. Növbəti festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur. Daha sonra çıxış edən Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova ölkəmizdə ticarət festivallarının keçirilməsi, Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev büronun həyata keçirəcəyi işlər haqqında məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31