Gündəm
Deputat: Ermənilər bu günədək sanksiyalar tətbiq olunmamasından həvəslənirlər
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində beynəlxalq hüquq normalarına öz havadarlarına arxalanaraq məhəl qoymur.
16 dəqiqə ərzində 8 yeraltı təkan
Türkiyənin Çanakkalə bölgəsinin Ayvacık qəsəbəsində bir dəqiqə ara ilə 4,9 və 4 bal gücündə şiddətli zəlzələ olub. “ Olaylar” “Milliyet” - ə istinadən xəbər verir ki, Çanakkalə və Balıkəsir bölgəsinin sakinləri sosial şəbəkələrdə yaşadıqları qorxunu paylaşıblar.
“Azəravtoyol” günahkarları cəzalandırdı
İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraşısı “Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb.
Naxçıvan-Məşhəd- Naxçıvan qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Martın 2-dən Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
Təhsil naziri Ukrayna nümayəndə heyətini qəbul edib
Təhsil naziri Mikayıl Cabbarov Ukrayna təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunetsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Ukrayna arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib, təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
“Xeyirlə Şərin rəqsi” kinoteatrlarda
Martın 2-dən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır. Kinostudiyadan “Olaylar” – a bildirilir ki, filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.
Cəbhədə gərginlik səngimir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 17 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 132 dəfə pozub.
“Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər”
“Yaz aylarında Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər”. Bunu “Jamanak” qəzetinə müsahibəsində Karneqi Fondunun Cənubi Qafqaz üzrə baş eksperti Tomas de Vaal deyib. O bildirib ki, bu əməliyyatlar təmas xəttində gərginliyə səbəb ola bilər. Ekspert hesab edir ki, vəziyyətin gərginləşəcəyi təqirdə Rusiya ən təsirli oyunçuya çevriləcək.
Rusiyalı politoloq: "Donetsk paytaxt elan edilir..."
Moskva taktikanı dəyişir, Kremlin Ukrayna ilə bağlı iki variantı var. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski bildirib. "Belə görürəm ki, Moskva Ukrayna ilə münasibətlərində taktikanı açıq şəkildə dəyişdirir. Rusiyanın Ukrayna strategiyası 25 il ərzində ona görə dəyişmədi ki, Ukraynanı tabe etmək, Avropa seçimini bloklamaq əsas hədəf idi. Amma bu hədəfin nailiyyəti üçün vasitələr dəyişirdi. 2014-cü il olaylarından sonra məlum oldu ki, Rusiya Ukrayna ilə tammiqyaslı müharibəyə hazır deyil", - Piontkovski qeyd edib.
Ermənilər müharibə vahiməsindən çıxa bilmirlər- TƏLAŞ
Ermənistan və Qarabağdakı erməni ictimai rəyində müharibə vahiməsi yaşanır. Belə ki, erməni KİV-ləri son günlər məhz bu məsələ ətrafında çoxsaylı yazılar dərc edir, açıqlamalara və rəylərə əsas səhifələr ayırırlar.














