Yanğın hadisəsi baş verib
1 Mart 2017 10:40 Sosial28 fevral 2017-ci il tarixində Ağstafa rayon Poylu bələdiyyəsinə məxsus torpaq sahəsində yanğın baş verib. Havanın küləkli olması səbəbindən yanğın Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Poylu meşəbəyliyinin 1 saylı dolayına keçib.
Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının birgə səyləri nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Yanğın 0,3 hektar ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
İlkin ehtimala görə yanğının baş verməsinə səbəb bələdiyyə ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması olub.
Qeyd edək ki, yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31