Doğuşayardım xidmətində islahatlar
1 Mart 2017 10:46 SosialSon illərdə ana və uşaq sağlamlığı sahəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər sayəsində nəzərəçarpan nailiyyətlər əldə edilib. Ana və uşaq sağlamlığının qorunması üzrə 2014-2020-ci illər üzrə Dövlət Proqramı, Sağlamlıq 2020- Səhiyyə Nazirliyinin strateji planı çərçivəsində doğuşayardım xidmətində aparılan islahatlar ana və uşaq sağlamlığının yaxşılaşmasına imkan verir. Nazirlikdən "Olaylar" - a bildirilir ki, 2017-2025-ci illər üzrə Reproduktiv sağlamlığa dair Milli Strategiyanın ilkin layihəsi üzərində iş başa çatıb. Sənədin Azərbaycanda reproduktiv sağlamlıq sahəsində vəziyyətin təhlili, qarşıya qoyulan məqsədləri, vəzifələri və Fəaliyyət Planını əhatə edən ilkin variantı işlənib - hazırlanıb. Reproduktiv sağlamlığa dair Milli Strategiyanın layihəsi hazırdı.