Sarkisyan Rusiyaya səfərə hazırlaşır
1 Mart 2017 10:12 DünyaErmənistan prezidenti Serj Sarkisyan martın 14-də Rusiyaya rəsmi səfər edəcək.
Bu barədə "İzvestiya" qəzeti Ermənistan prezidenti administrasiyasındakı mənbəyə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, S.Sarkisyan Rusiya paytaxtında iki gün qalacaq və həmkarı Vladimir Putinlə görüşəcək. Dövlət başçıları ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, həmçinin Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə edəcəklər.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib. Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistan prezidentinin Rusiyaya səfər edəcəyini bildirib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31