Naxçıvan-Məşhəd- Naxçıvan qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Martın 2-dən Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
1 Mart 2017 11:26 SosialMartın 2-dən Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, dəyişiklik qatarın Naxçıvandan yola düşmə və Naxçıvana çatma vaxtlarına şamil ediləcək. Belə ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı il ərzində, həftədə bir dəfə Naxçıvandan həftənin cümə axşamı Bakı vaxtı ilə saat 06:44-də (əvvəl saat 06:54-də yola düşürdü) yola düşəcək. Qatar həftənin cümə günü saat 13:15-də (Tehran vaxtı ilə) Məşhəd stansiyasına çatacaq. Elə həmin gün saat 20:15-də Məşhəddən yola düşən qatar həftənin bazar günü saat 04:36-da (əvvəl 04:26-da çatırdı) Naxçıvana çatacaq. Qeyd edək ki, Naxçıvan - Məşhəd -Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.