16 dəqiqə ərzində 8 yeraltı təkan
Türkiyənin Çanakkalə bölgəsinin Ayvacık qəsəbəsində bir dəqiqə ara ilə 4,9 və 4 bal gücündə şiddətli zəlzələ olub. “ Olaylar” “Milliyet” - ə istinadən xəbər verir ki, Çanakkalə və Balıkəsir bölgəsinin sakinləri sosial şəbəkələrdə yaşadıqları qorxunu paylaşıblar.
1 Mart 2017 11:30 DünyaTürkiyənin Çanakkalə bölgəsinin Ayvacık qəsəbəsində bir dəqiqə ara ilə 4,9 və 4 bal gücündə şiddətli zəlzələ olub. " Olaylar" "Milliyet" - ə istinadən xəbər verir ki, Çanakkalə və Balıkəsir bölgəsinin sakinləri sosial şəbəkələrdə yaşadıqları qorxunu paylaşıblar.
Kandili Rəsədxanasının məlumatına görə 02:26 radələrində Ayvacık Gülpınar ətrafında baş verən 4 bal gücündə zəlzələdən bir dəqiqə sonra Ayvacık Badəmli ərazisində 4,9 bal gücündə iki böyük teraltı təkan yaşanılıb. Verilən məlumata görə, 16 dəqiqə ərzində 8 yeraltı təkan qeydə alınıb.