“Xeyirlə Şərin rəqsi” kinoteatrlarda

Martın 2-dən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır. Kinostudiyadan “Olaylar” – a bildirilir ki, filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

Martın 2-dən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi "Bizim Kino Günləri 2017" layihəsi çərçivəsində Yavər Rzayevin "Xeyirlə Şərin rəqsi" bədii filminin kinoteatrlarda nümayişinə başlanılır. Kinostudiyadan "Olaylar" - a bildirilir ki, filmin nümayişi Nizami Kino Mərkəzində, "Park Cinema" və "CinemaPlus" kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və "Azərbaycanfilm" kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

"Xeyirlə Şərin rəqsi" bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Film Xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççiosu" povestinin motivləri əsasında lentə alınıb. Yeni ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31