Gündəm
Bürcünüzə uyğun idmanı seçin: yoqa, boks, balet...
Sağlam arıqlamaq istəyirsiniz, amma hansı məşqi etməyi qərar verməkdə çətinlik çəkirsiniz? O zaman bürcünüzə uyğun məşqlər edin. Ail.lent.az bürcünüzə uyğun idman və məşqlərlə sizi tanış edir.
Alişan və Simge Bakıya gəlir
Türkiyəli müğənnilər Alişan və Simge Bakıya gələcək. Sənətçilər şəhər restoranlarından birində konsert verəcəklər. Tədbir 8 Mart Beynəlxalq Qadınlar Günündə baş tutacaq. Hər iki ifaçı gecədə sevilən mahnılarını səsləndirəcəklər.
İlk virtual reallıq kostyumu nümayiş olunub- VİDEO
“NullSpace VR” layihəsinin tərtibatçıları virtual reallıq üçün kostyum təqdim ediblər. Toxunuşla duyulan hisslərin virtual reallıq dünyasına ötürülməsini nəzərdə tutan dünyanın ilk kostyumu “HARDLIGHT” VR” adlanır. Virtual reallıq kostyumunu geyinən oyunçu qəhrəmanın oyunda partlayış, zərbə və ya adi toxunuşlar kimi keçirdiyi bütün hissləri yaşamaq imkanına malikdir.
Bill Qeyts sirrin üstünü açıb
“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts deyib ki, “Windows” əməliyyat sistemi və “Mac” kompüterini yaradarkən o və “Apple”ın qurucusu Stiv Cobs bir-birindən xəbərsiz işləyiblər. Onların hər ikisi “Xerox PARC” elmi-tədqiqat mərkəzinin uğurlarına vurğun idilər. Milyarder bu haqda “AMA” (“Ask Me Anything”) sual və cavab sessiyasında məlumat verib.
"İçerde" ilə bağlı sürpriz iddia
Reytinq rekordları qıran "İçerde" serialı ilə bağlı gözlənilməz iddia səsləndirilib. Serialaa növbəti seriyalarda daxil olacaq "Kudret Sonmez Tek" obrazını Şener Şenın canlandıracağı deyilir.
Praqada Xocalı faciəsinin qurbanları yad edilib
Sərdar xanımının hamilə olmasından danışdı
Müğənni Sərdar Ortaçın model xanımı Xloe Loughnan İnstaqram səhifəsində paylaşdığı fotosu ilə diqqət çəkib. 24 yaşlı model Sərdarın onun qarnını öpən yerdə çəkilmiş şəkli sosial media hesabında yerləşdirərək, “"Thats love right there" (məhəbbət orada) statusunu yazıb.
“Sony” şirkəti dünyada ən sürətli “SD” kartını təqdim edib
“Sony” şirkəti dünyada ən sürətli yeni “SD” kartını satışa çıxarmağa hazırlaşır. “SF-G” seriyalı kart martda 32, 64 və 128 QB formatlarında əlçatan olacaq. Sözügedən “SD” kartı 300 Mb/s sürətində oxuma və yazma sürətinə malik olacaq. “Sony” şirkətinin məlumatına görə, “4K” formatından istifadə edən fotoqrafların ehtiyaclarını nəzərə alaraq belə parametrlər hazırlanıb.
Serial ulduzu müğənni ilə evləndi
"Gossip girl" ("Dediqoduçu qız") serialı ilə məşhurlaşan aktyor Penn Becli müğənni Domino Kerklə evlənib. Cütlük toylarını yaxın dostları ilə birgə çox sadə şəkildə qeyd ediblər. Mərasimdə səbəbkarların geyimi və tort da sıradan olması ilə fəqlənib.
Cem Yılmaz fanatlarını məyus etdi
Aktyor Cem Yılmazın 4 illik fasilədən sonra yenidən "Stand-up" şou ilə səhnədə olacağı deyilmişdi. O, hətta bununla bağlı video paylaşmış, şounun bir hissəsində oğlu Kamalın da yer alacağını demişdi.
“Microsoft” mətnin daxil edilməsi üçün gözlərin hərəkətinin işinə əsaslanan proqram hazırlayıb
“Microsoft Research” şirkəti tərəfindən hazırlanmış proqram təminatı istifadəçiyə gözlərin hərəkətinin köməyi ilə smartfonda mətn daxil etməyə imkan verir. Şirkət tərəfindən göndərilmiş rəsmi press-relizdə yeni həll “Eye-gaze” adlandırılır, ancaq “Microsoft” şirkətinin saytında yeni texnologiya “GazeSpeak” kimi tanıdılır. Sistem 2017-ci ilin mayında ABŞ-da keçiriləcək “CHI 2017” konfransında təqdim ediləcək.
"Təəssüf ki, eyni ana-atadanıq" - Müğənni bacılar efirdə DALAŞDILAR
Müğənni Niran Ünsal "Duymayan Kalmasın"a qonaq olub. Ünsalın qonaq olduğu verilişə telefonla bağlanan bacısı arasında sərt mübahisə yaranıb.
“Azərbaycan 24” portalının rəhbərinə xəbərdarlıq edilib
Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Azərbaycan 24” xəbər portalının internet saytında, eləcə də “You Tube” sosial şəbəkəsinin həmin xəbər portalına məxsus kanalında cari il fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu ərazilərdə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdən Azərbaycanın mövqelərinə soxulmağa cəhd göstərərkən baş verən döyüşlərdə qəhrəmancasına həlak olmuş hərbçilərimizin meyitlərini və digər informasiyaları əks etdirən videogörüntülər yerləşdirilmişdir.
Yuxu saatınıza fikir verin, yoxsa...
Yuxu çatışmazlığından əziyyət çəkən insanlar gün ərzində lazımi saatlarda yatan insanlara nisbətən daha çox kökəlməyə meyillidir.














