Gündəm
Yeni robot bitkilərin vəziyyətini müşahidə edəcək
İllinoys Universitetinin alimləri tərəfindən kənd təsərrüfatına kömək məqsədilə hazırlanmış robot inspektor bitkilərin araşdırılması kimi uzun və yorucu prosesi öz üzərinə götürəcək.
İngilis alimləri “bionik ürək” cihazı hazırlayıblar
İngiltərənin Suonsi Universitetinin alimləri ürək xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edəcək “bionik ürək” adlanan cihaz hazırlayıblar.
Qvardiola "Monako"nun 4 futbolçusunu almaq istəyir
"Mançester Siti" "Monako"nun 4 futbolçusunu heyətinə qatmaq istəyir. Komandanın baş məşqçisi Pep Qvardiola "Monako"dan Kilian Mbappe, Fabinyo, Benjamin Mendi və Tomas Lemarı istəyib.
AMEA Naxçıvan Bölməsində açıq dərs
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib.
Qətərdə Azərbaycan məhsullarının satışına dair Müqavilə imzalanıb
Azərbaycanın Qətərə ixrac missiyası başa çatıb. 25-27 fevral tarixlərini əhatə edən ixrac missiyası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Qətərin Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və Qətər iş adamları arasında görüş keçirilib. Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verib. 100-ə yaxın ərəb iş adamının, eləcə də distributor şirkətlərin iştirakı ilə keçirilmiş ikitərəfli görüşlərdə Azərbaycan və ərəb iş adamları arasında əlaqələrin genişləndirilməsi, Qətərə ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri ixracyönümlü məhsullar barədə məlumat veriblər.
Xalq artisti yalan məlumat yayan saytlara xəbərdarlıq etdi-Təkzib verin!- FOTOLAR
Şəhid Tural Haşımlı Ordubadda dəfn olunub
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Tural Əbdül oğlu Haşımlı dəfn olunub. Şəhidlə doğulub boya-başa çatdığı Ordubad şəhərində vida mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə və təşkilatların kollektivləri, minlərlə sakin, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.
Ekspert: Azərbaycan torpaqlarının işğalı davam etdikcə regionda gərginlik daha da artacaq
Azərbaycan torpaqlarının işğalı davam etdikcə regionda gərginlik qalacaq və daha da artacaq. Bunu Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı , politoloq Toğrul İsmayıl deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan və Ermənistanın problemi deyil.
ADU-da “Həmkarlar İttifaqının gənc qadınlar ilə işinin təhlil olunması” mövzusunda dəyirmi masa keçirilib
Fevralın 28-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin Gender bərabərliyi və qadın problemləri üzrə mərkəzinin birgə təşkilatçılığı ilə “Həmkarlar İttifaqının gənc qadınlar ilə işinin təhlil olunması” mövzusunda dəyirmi masa keçirilib.
Cocuq Mərcanlıda yeni qəsəbə üçün ərazi təhvil verildi
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 evin tikilməsi üçün nəzərdə tutulan ərazi minalardan təmizlənərək təhvil verilib. Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov deyib.
"Milyon faiz yanlış idi" - Şillələnib qırmızı kart alan futbolçu
"Qәbәlә"nin futbolçusu Nika Kvekveskiri "Kәpәz"lə oyunda yaşanan gərginliklə bağlı danışıb. O, rəqib komandanın futbolçusu Nicat Qurbanovun ona şillə vurması və hakim Әliyar Ağayevin hər ikisinə qırmızı vәrәqә göstərməsinə etiraz edib: "Mәni verilәn qırmızı vәrәqә milyon faiz yanlış idi. Hakim niyә mәni meydandan qovdu bilmirәm.
Cocuq Mərcanlıda 421 qəlpə tapıldı
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 8 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib.
Nazir müavini: “Ermənistan təmas xəttində gərginliyi artırmaqla sülh prosesinə zərbə vurur”
“Azərbaycanla Moldovanın ərazi bütövlüyünün pozulması iki ölkənin üzləşdiyi problemlərin oxşar cəhətidir”. Bunu Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov Moldovanın xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Lilian Dariy ilə görüşdə deyib.
Qızlar küçədə oğlana görə saçyolduya çıxdılar - VİDEO
Türkiyədə daha bir qız davası videosu yayılıb. Təxminən 1 ay əvvəl Trabzondakı davadan sonra, indi də Zonquldakda küçədə qızlar arasında dava düşüb. Onlar Y.T adlı oğlana görə bir-birini "qırıblar".
Səudiyyə Ərəbistanı kralı İndoneziyaya 459 ton baqaj yükü ilə səfər edəcək
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud mart ayında İndoneziyaya səfər edəcək.














