Gündəm
Deputat: "Erməni hakimiyyəti bu cür təxribatlarla nüfuzunu bərpa etməyə çalışır"
Ermənistanın cəbhə xəttində təxribat törətməsi birinci dəfə deyil. Bunu millət vəkili Rauf Əliyev deyib. Millət vəkili bildirib ki, erməni tərəfi mütəmadi olaraq təmas xəttində təxribat törətməklə danışıqlar prosesini pozmağa çalışır:
Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizm ən yüksək səviyyədə təmin edilir
Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin mövcud durumu, onun daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər, eləcə də dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı ilə əlaqədar diasporinfo.com saytının həmtəsisçisi Toğrul Allahverdilinin “OLAYLAR”-a müsahibəsi.
Əmək Nazirliyində TİKA ilə əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikası Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin rəhbəri Adəm Urfa ilə görüş olub.
Naxçıvanda ZƏLZƏLƏ
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən “Olaylar” – a daxil olan məlumata görə, fevralın 28 – də terli vaxtla saat 10:17:21- radələrində Ordubaddan Ordubaddan 39 km Şimal-Şərqdə Azərbaycan-Ermənistan sərhəddində 10 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası Ml= 3,9 olub. Ordubad ərazisində isə zəlzələ 4 bala yaxın hiss olunub.
Azərbaycan və dünya tarixşünaslığına bir töhfə
Fevralın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda professor, filoloq-tarixçi Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifidir” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan akademiyanın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli Əjdər Tağoğlunun sözügedən kitabının tarix elmi üçün əvəzsiz töhfə olduğunu qeyd edib.
Bakıda dəhşətli qətldən YENİ MƏQAMLAR: qadının başına torba keçirib boğublar - VİDEO
Suraxanı rayonu, Hövsan qəsəbəsində qətl hadisəsi qeydə alınıb. 54 yaşlı Anjelika Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görəndə polisə müraciət ediblər. Evə baxış keçirilən zaman Anjelika Morozovanın başına sellofan torba keçirilmiş vəziyyətdə meyiti tapılıb.
Atambayev: "Qırğızıstanda inqilablara son qoyulub"
"Qırğızıstanda inqilablara son qoyuldu. Bundan sonra ölkə normal, inkişaf edən dövlət olmalıdır".
Azərbaycanda siyasi repressiya qurbanları və partiyalarla bağlı qanunlara dəyişiklik edilir
Azərbaycanda “Siyasi partiyalarhaqqında” və “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlara dəyişikliklər edilir. Hər iki qanunlara dəyişiklik Milli Məclisin İnsan hüquqları komitəsinin martın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Sərhəddən keçirilən mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti gücləndirilir
Martın 1-dən etibarən "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan prezidentinin 21 may 2016-cı il tarixli 918 nömrəli Fərmanı ilə Dövlət Gömrük Komitəsinin üzərinə qoyulan vəzifələrin icrasına başlanılacaq.
Şəhid Tural Haşımlı böyük izdihamla qarşılandı - YENİLƏNİB - VİDEO
Naxçıvanda şəhid Tural Haşımlının cənazəsi böyük izdihamla qarşılandı. Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Haşımlı Tural Əbdül oğlunun cənazəsi Naxçıvan Beynəlxalq Hava Limanında minlərlə insan tərəfindən qarşılanmışdır.
Türkiyədə Azərbaycan mahnısı ilə bağlı QALMAQAL - VİDEO
Türkiyədə məşhur türkü ifaçısı Uğur Işılak "Çırpınırdı Qara dəniz" mahnısının erməni bəstəkara aid olduğunu iddia edib. Sözləri Əhməd Cavad, musiqisi Üzeyir Hacibəyova məxsus əsərin erməni müəllif tərəfindən ərsəyə gəldiyini söyləyib.
İki ayın populyar 20 adı - Yusif, Zəhra, Əli adları liderlik edir
2017-ci ilin yanvar və fevral aylarında Azərbaycan Respublikasında doğulmuş uşaqlara verilən populyar adların siyahısına təqdim edir:
Media rəhbərlərindən mətbuata çağırış
“Erməni mənbələrinin yaydığı məlumat, foto və videoların Azərbaycan resurslarında işıqlandırılması yaxşı hal deyil. Çünki müharibə şəraitində olan ölkənin resursları yalnız Müdafiə Nazirliyi tərəfindən yayılan rəsmi məlumatları yaymalıdır”. Bunu SİA-ya açıqlamasında "Olaylar" qəzetinin baş redaktoru və "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz deyib.
Aptek qarət edən 4 yeniyetmə saxlanıb
Fevralın 26-da Müşfiqabad qəsəbəsindəki apteklərdən birindən 600 manat pul və 7 ədəd soyuducu mühərriki oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 4 yeniyetmə saxlanılıb.
Həkimin pul kisəsini oğurlayan saxlanıb
Fevralın 27-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki poliklinikada, orada işləyən həkimlərdən birinin xidməti otağında oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində içərisində 10 manat olan pul kisəsini və 3 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Rzayev 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.














