Həkimin pul kisəsini oğurlayan saxlanıb
Fevralın 27-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki poliklinikada, orada işləyən həkimlərdən birinin xidməti otağında oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində içərisində 10 manat olan pul kisəsini və 3 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Rzayev 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
28 Fevral 2017 17:19 KriminalFevralın 27-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki poliklinikada, orada işləyən həkimlərdən birinin xidməti otağında oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində içərisində 10 manat olan pul kisəsini və 3 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Rzayev 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.