Gündəm
Bakıda 2 nəfər dozadan artıq narkotik qəbul edərək ölüb
Fevralın 27-də Yasamal rayonunun T.Şahbazi küçəsindəki evlərdən birində 2 nəfərin ölməsi ilə bağlı 27-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olub. DİN-dən verilən məlumata görə, dərhal həyata keçirilən müvafiq tədbirlərlə məlumatda qeyd edilən mənzildə Bakı şəhər sakinləri Seymur Baxmalovun və Emil Hüseynovun narkotik vasitə qəbul edərək ölmələri müəyyən edilib. Rayon Prokurorluğunda araşdırmalar aparılır.
SMS-lərə cavab verməyənlər 100 manat məbləğində cərimələnəcək
Vergilər Məcəlləsinə edilən və 1 yanvar 2017-ci ildən qüvvəyə minən dəyişikliklər - vergi qanunvericiliyini pozmaqla bağlı maliyyə sanksiyalarının tətbiqi - vergi ödəyicilərinin vergi məlumatlarını vaxtında verməməsi ilə əlaqədar deyil.
Britaniyadan QARABAĞ XƏBƏRDARLIĞI: qaçılmaz olan müharibə və sürpriz- TAKTİKA
“Qarabağda müharibə qaçılmaz görünür və Azərbaycan ərazilərini azad edəcək”. Bu barədə Böyük Britaniyada fəaliyyət göstərən “Jane's Intelligence” analitik mərkəzinin Dağlıq Qarabağda erməni hücumu nəticəsində başlanan gərginliklə bağlı hazırladığı məqalədə deyilir.
Kılıcdaroğlu: “Suriyalılara vətəndaşlıq verilməsi və Rakka üçün referenduma gedək”
“Suriyalılara vətəndaşlığın verilməsi və Rakka əməliyyatı üçün referendum keçirilsin”. Bu təkliflə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu partiyasının qrup toplantısında deyib.
Putin Əsədin müdafiəsinə qalxdı: “Veto qoyacağıq!”
Moskva Suriya barəsində heç bir yeni sanksiyaları dəstəkləməyəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Qırğızıstan prezidenti Almazbek Atambayevlə Bişkekdə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.
Zorən "zərərçəkən": pul tələb etməkdə suçlanan şəxsin "havadarlar"ı varmış
Azərbaycan müxalifətinin vücudunu məhv edən bəlalarından biri də düşüncəsini içdən yeyən yanlışlıq və yalan cüzamıdır.
"Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən “fəal” münaqişələrdən biridir"
Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən "fəal" münaqişələrdən biridir. Bunu "Yeni Rusiya" hərəkatının rəhbəri Nikita İsayev deyib.
Bakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu
Uzun müddətdir mediada haqqında tez-tez məlumatlar dərc olunan cinayətkar qrup zərərsizləşdirilib. Bakıda sosial şəbəkələr üzərindən özlərinə qurban cəlb edib onu kafeyə çağıraraq orada külli miqdarda hesab ödəməyə məcbur edən mütəşəkkil dəstə üzvləri saxlanılıb.
Keçmiş səfir hava limanında saxlanıldı - Oğurluq edib
Bolqarıstanın ABŞ-dakı sabiq səfiri Yelena Poltodorova Varşava hava limanında saxlanılıb. Sabiq diplomatın saxlanmasına səbəb rüsumsuz ticarət mağazasından kosmetika oğurlaması olub. RMF radiosu oğurlanmış kosmetikanın dəyərinin 1600 zlotı (təqribən 400 dollar) olduğunu bildirir.
Qadınları Türkiyəyə aparan saxlanıb
Xızı rayon sakininin qadın alveri ilə məşğul olduğu üzə çıxıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Xızı rayon sakini Səbinə Qəmbərovanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
“Oğuz Eli” istirahət mərkəzində yanğın olub
Oğuz rayonu, Bayan kəndində vətəndaşa məxsus “Oğuz Eli” ailəvi istirahət mərkəzində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə mərkəzin ərazisində ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı kotecin dam örtüyünün yanar konstruksiyaları yanıb. Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İzmirdə Xocalı soyqırımı abidəsi ucaldılıb
Nəsimi rayon bələdiyyəsi və Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
"Gulfood 2017" sərgisində Azərbaycan məhsullarına maraq böyükdür
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən "Gulfood 2017" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər tərəfindən maraqla qarşılanır. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, xüsusi tərtibatda hazırlanmış 128 kvadrat metrlik Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yerli məhsullarımız meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim edilir.
Əflatun Amaşov: "Həmin mətbuat orqanları ilə bağlı müvafiq qurumlara müraciətlər edilib"
“Erməni dəyirmanına su tökmək, düşmən təxribatına uymaq, ona məqsədinə çatmaqda yardımçı olmaq. Bəzi kütləvi informasiya vasitələrinin, eləcə də müəyyən sosial şəbəkə istifadəçilərinin davranışlarına başqa cür qiymət vermək olmur. Ermənilərin video-görüntülərindəki Azərbaycan əsgərinin cansız cəsədi bizim üçün informasiya yükü daşımamalıdır! Media cəmiyyəti çaşdırmamalı, xof, ruh düşkünlüyü yaratmamalıdır. Hələ sentimentallıq çağırışları da ediblər. “Əl-ələ tutaraq şəhid oldular” kimi sərlövhələr seçiblər. Özü də bunu edənlər içərisində ictimai rəyə müəyyən təsiri olan xəbər saytları da var".
Rusiyada axtarışda olanlar Bakıda saxlanıb
Rusiya tərəfindən axtarışda olan şəxslər Azərbaycanda saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya vətəndaşı Səxavət Quliyev və Rusiya Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olan Yaşar Aslanov tutulublar.












.jpg)

