Gündəm
Əfv Komissiyasının növbəti iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın üzvü Mehdi Mehdiyev deyib ki, iclasda 107 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən 3 iclasda ümumilikdə 357 müraciət müzakirə olunub və onların əksəriyyətinə müsbət rəy verilib.
Prezident Mikayıl Müşfiqin abidəsinin sökülməsinə görə günahkarların cəzalandırılması barədə tapşırıq verib
“Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib”.
“Gənc Tamaşaçılar”da “Pərdənin o üzü”...
Mart ayının 10-da saat 16.00-da Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Teatrdan “Olaylar2 – a verilən məlumata əsasən, tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru rəssamı Elşən Sərxanoğlunun teatr tamaşalarına çəkdiyi eskizlərdən ibarət “Pərdənin o üzü” adlı fərdi yaradıcılıq sərgisi nümayiş etdiriləcək. Teatrın foyesində sərgilənəcək “Pərdənin o üzü”ndə teatrın cari repertuarında olan tamaşaların eskizləri göstəriləcək.
ABŞ Senatı “iflas kralı”nı ticarət naziri vəzifəsinə təsdiq etdi
ABŞ Senatı səs çoxluğu ilə 79 yaşlı milyarder Uilbur Rossu Ticarət Nazirliyinin rəhbəri vəzifəsinə təsdiq edib. Bu barədə BBC xəbər yayıb.
Nazir vergi ödəyicilərinin hamısına “bir gözlə baxılmayacağını” açıqladı
Azərbaycanda vergi ödəyicilərinə yanaşma diferensiallaşdırılacaq. Burada əsas yanaşma kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaqdır.
Cəbhə ilə bağlı təxribat xəbərlərini kim yayır?
Cəbhə xəttində baş verən sonuncu qarşıdurma ilə bağlı mətbuatda, sosial şəbəkələrdə növbəti dəfə də heç bir rəsmi təsdiqi olmayan müxtəlif rəylər, məlumatlar, videolar yayıldı. Cəbhədə hər dəfə gərginlik yarananda dövlətin müvafiq qurumları tərəfindən mətbuata və cəmiyyətə müxtəlif çağırışlar olmasına baxmayaraq, yenə də nəticə çıxarılmadı. Kimlərsə düşmən tərəfin yaydığı məlumatları ictimailəşdirərək cəmiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, bu prosesdə düşmən tərəfdən iştirak etdi.
Universitetdə gərginlik: tələbələr saxlanıldılar - VİDEO
Türkiyədə İstanbul Universitetinin kampusunda gərginlik yaşanıb.
Filarmoniyanın mart ayı üçün tədbirlər planı
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Filarmoniyasının mart ayı üçün tədbirlər planını təqdim edir:
Şabranda torpaq sürüşməsi nəticəsində beş evə ziyan dəyib
Şabran rayonunda torpaq sürüşməsi baş verib. Fevralın 23-dən 24-ə keçən gecə rayonun Qazbabalı kəndi ərazisində qeydə alınan hadisə nəticəsində 5 ev yararsız vəziyyətə düşüb. 30 hektar ərazini əhatə edən təbii fəlakət zamanı xəsarət alan olmasa da, sakinlərin təsərrüfatlarına ziyan dəyib.
Qazaxıstan millisində yeni baş məşqçi
Qazaxıstan millisinə yeni baş məşqçi təyin olunub. Komandanın sükanı arxasına Aleksandr Borodyuk keçib. Onunla 3 illik müqavilə imzalanıb. 54 yaşlı çalışdırıcı Rusiya millisində müxtəlif illərdə köməkçi məşqçi kimi çalışıb. Borodyukun son iş yeri Qazaxıstanın "Kayrat" klubu olub.
Mirzə Mansur -130
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli tarzən, əməkdar incəsənət xadimi Mirzə Mansurun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib. İdarədən “Olaylar” – a bildirilir ki, konsert 4 nömrəli uşaq musiqi məktəbində təşkil olunub.
ŞOK İDDİA: terrorçular bir gündə 52 agenti öldürdü
Uzun illərdir Türkiyəni gərginlikdə saxlayan PKK terror təşkilatı ilə bağlı şok məlumat yayılıb. "Türkiye" qəzetinin jurnalisti Nuri Elibol FETÖ təşkilatının PKK ilə əməkdaşlıq etdiyini və bu çərçivədə Milli Kəşfiyyat İdarəsinin PKK sıralarına yerləşdirilmiş 52 agentinin adının onlara verildiyini iddia edib.
Hərbi ekspert: "Ermənilər Azərbaycanı aktiv hücuma vadar edirlər"
"Ermənistan hakimiyyəti 2 aprel seçkilərində özünü göstərmək üçün Dağlıq Qarabağda təxribatları aktivləşdirib".
Ermənistanda polis rəisi keçmiş qubernatorun qardaşı oğlunu döydü
Ermənistanın Azərbaycanla sərhəd Sünik vilayətinin Gorus şəhərində polis rəisi Gevork Əzizyan bir qrup polislə birlikdə regionun keçmiş qubernatoru Surik Xaçatryanın qardaşı oğlunu kabinetində möhkəm döyüb.
“Qırmızı bağ” filminin Avstriya premyerası
“Qırmızı bağ” bədii filmi Avstriyanın LET’S CEE Beynəlxalq Film Festivalının “İddialı debüt” müsabiqə proqramına dəvət alıb. Festival 21-27 mart tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli “Qırmızı bağ”ın Avstriya təqdimatında iştirak edəcək.










.jpg)



