“Gənc Tamaşaçılar”da “Pərdənin o üzü”...

Mart ayının 10-da saat 16.00-da Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Teatrdan “Olaylar2 – a verilən məlumata əsasən, tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru rəssamı Elşən Sərxanoğlunun teatr tamaşalarına çəkdiyi eskizlərdən ibarət “Pərdənin o üzü” adlı fərdi yaradıcılıq sərgisi nümayiş etdiriləcək. Teatrın foyesində sərgilənəcək “Pərdənin o üzü”ndə teatrın cari repertuarında olan tamaşaların eskizləri göstəriləcək.

Mart ayının 10-da saat 16.00-da Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Teatrdan "Olaylar2 - a verilən məlumata əsasən, tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru rəssamı Elşən Sərxanoğlunun teatr tamaşalarına çəkdiyi eskizlərdən ibarət "Pərdənin o üzü" adlı fərdi yaradıcılıq sərgisi nümayiş etdiriləcək. Teatrın foyesində sərgilənəcək "Pərdənin o üzü"ndə teatrın cari repertuarında olan tamaşaların eskizləri göstəriləcək.

Sərgidən sonra səhnədə Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin Milli Teatr Gününə həsr olunmuş çıxışları olacaq.Çıxışlardan sonra ölməz dramaturq Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-Vəziri Xani -Lənkəran" komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı Xalq Artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31