Ermənistanda polis rəisi keçmiş qubernatorun qardaşı oğlunu döydü

Ermənistanın Azərbaycanla sərhəd Sünik vilayətinin Gorus şəhərində polis rəisi Gevork Əzizyan bir qrup polislə birlikdə regionun keçmiş qubernatoru Surik Xaçatryanın qardaşı oğlunu kabinetində möhkəm döyüb.

Ermənistanın Azərbaycanla sərhəd Sünik vilayətinin Gorus şəhərində polis rəisi Gevork Əzizyan bir qrup polislə birlikdə regionun keçmiş qubernatoru Surik Xaçatryanın qardaşı oğlunu kabinetində möhkəm döyüb. Döyülən şəxs Edmon Xaçatryandır, o, aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Daha sonra evə buraxılıb. Polis insidenti təsdiq edib. Məlumata görə, insidentə səbəb keçmiş qubernatorun qardaşı oğlunun leytenant rütbəli qıza sataşması olub. Bildirilir ki, Gorusun polis rəisi Gevork Əzizyan və Xaçatryanlar klanının adı dəfələrlə müxtəlif kriminal hadisələrdə hallanıb. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31