Gündəm

Bu həkimlərin əməkhaqları artırıldı

28 Fevral 2017 15:21

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq "Pilot layihə çərçivəsində həkimlərin əməkhaqlarına əlavələrin və mükafatların hesablanması və ödənilməsi Qaydaları"nı təsdiq edib.

"Hürriyət"in baş redaktoru işdən çıxarıldı

28 Fevral 2017 15:19

Türkiyənin məşhur "Hürriyət" qəzetinin baş redaktoru Sedat Ergin işdən çıxarılıb. Bir neçə gün əvvəl qəzetdə dərc edilən "Qərargah narahatdır ("Karargah Rahatsız") başlıqlı xəbərdən sonra böyük təzyiqlərlə üzləşən baş redaktor vəzifəsini itirməli olub.

“Binqo+8”dən 8 ədəd 10 000 manatlıq 8 mart hədiyyəsi!

28 Fevral 2017 15:16

Yanvar ayının ilk üç həftəsində lotereyalarda qeydə alınan üç “Cek Pot” uduşu 2017-ci ilin uduşlarla zəngin olacağından xəbər verirdi və budur, “5/36” lotereyasının 6 fevral tarixli tirajında 16.839 manat məbləğində “Cek Pot” uduşu qeydə alındı! Daha bir lotereya iştirakçısı uduş sevincini yaşadı. Hazırda lotereya bazarında iştirakçılara, müxtəlif zövqlərə uyğun maraqlı lotereyalar, çoxsaylı sanballı uduşlar təklif edilir və bu təklifləri yetərincə dəyərləndirməklə Siz də uduş sevincini dada bilərsiniz! Baharın ilk ayında da bir neçə unikal layihə Sizin ixtiyarınıza veriləcək.

Şəhidin son sözləri: "Ata, mənə 15 manat pul göndərərsən"

28 Fevral 2017 15:13

Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Əhmədov Elvin Süleyman oğlunun cənazəsi Tovuzun Yanıqlı kənd qəbristanlığında torpağa tapşırılıb.

Məşhur loğman vəfat etdi

28 Fevral 2017 15:12

TRT 1-in yayımı bərpa olunur - Vaxt AÇIQLANDI

28 Fevral 2017 15:10

TRT 1 telekanalının sabahdan Azərbaycanda yayımı bərpa olunacaq. Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyinə (TİKA) istinadən verdiyi məlumata görə, Azərbaycanın Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyənin Radio, Televiziya Yayımı arasında əldə olunan razılaşmaya əsasən, TRT 1 telekanalının martın 1-dən etibarən Azərbaycanda sosial paket çərçivəsində yayımı təmin ediləcək.

Ranyeri aldığı təzminatın yarısını xeyriyyə fonduna bağışladı

28 Fevral 2017 15:03

İngiltərənin "Lester" futbol klubunun sabiq baş məşqçisi Klaudio Ranyeri müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün əldə etdiyi təzminatın yarısını "Foxes Foundation Charity" xeyriyyə fonduna bağışlayıb.

Ermənistan parlamentində DAVA

28 Fevral 2017 15:01

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi dairələr arasında mübarizə qızışır. parlamentin dünən keçirilən iclasında dava olub. "Yelk" blokunun üzvü Nikol Paşinyan bildirib ki, o, polisə sorğu göndərib və məlum olub ki, yanvarın 1-dən fevralın 1-nə qədər 7000-dən çox vətəndaş öz qeydiyyat yerini dəyişib. 

Prezident İlham Əliyev Pakistanda səfərdədir

28 Fevral 2017 14:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib.

Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub

28 Fevral 2017 14:57

Masazır qəsəbəsində yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov faktı təsdiqləyərək bildirib ki, Masazır qəsəbəsində “Zəli gölü” kimi tanınan ərazidə böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə və bəzi sahələrdə isə uçqun prosesi müşahidə edilib.

Aydın Quliyev: "Cəbhədə baş verənlər Ermənistanın sistemli işinin tərkib hissəsidir"

28 Fevral 2017 14:54

“Ermənilərin cəbhə xəttində törətdikləri təxribatların hər birinin onlar üçün pərdəarxası mənası var”. Bunu  Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Yıldırım: "Bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır"

28 Fevral 2017 14:49

"Türkiyə Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınmış toqquşmalar nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycan xalqının kədərini bölüşür".

Avropa Azərbaycanlıları Konqresinə yeni prezident seçildi

28 Fevral 2017 14:45

Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçirilib. “OLAYLAR”-ın xəbəriunə görə, Qurultayda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin Nazim İbrahimov da iştirak edib. Qurultayı AAK-ın prezidenti Samira Patzer-İsmailova girişsözü ilə açdıqdan sonra Xocalısoyqırımı qurbanlarınınxatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qadın geyim bəzəkləri” sərgisinin vaxtı uzadıldı

28 Fevral 2017 14:40

Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) materialları əsasında təşkil olunan “Qadın geyim bəzəkləri”  sərgisi Azərbaycanın ənənəvi qadın geyim  və bəzəklərinə həsr olunub. Muzeydən “Olaylar” – a bildirilir ki, sərgidə 200-dən artıq eksponat - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər nümayış olunur.