“Qadın geyim bəzəkləri” sərgisinin vaxtı uzadıldı
Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) materialları əsasında təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisi Azərbaycanın ənənəvi qadın geyim və bəzəklərinə həsr olunub. Muzeydən “Olaylar” – a bildirilir ki, sərgidə 200-dən artıq eksponat - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər nümayış olunur.
28 Fevral 2017 14:40 SosialMilli Azərbaycan Tarixi Muzeyinin (MATM) materialları əsasında təşkil olunan "Qadın geyim bəzəkləri" sərgisi Azərbaycanın ənənəvi qadın geyim və bəzəklərinə həsr olunub. Muzeydən "Olaylar" - a bildirilir ki, sərgidə 200-dən artıq eksponat - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər nümayış olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində "Ekoloji aylıqlar" layihəsi çərçivəsində fevral ayı "Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" mövzusuna həsr olunub. Bu layihə çərçivəsində Muzeyin ekspozisiyasında nümayiş olunan etnoqrafik eksponatlarla bərabər "Qadın geyim bəzəkləri" sərgisi də şagirdlərin xüsusi marağına səbəb olub. Elan olunmuş aylıq ərzində sərgi 100-dən çox məktəbli tərəfindən ziyarət olunmuş və burada Muzeyin mütəxəssisləri tərəfindən açıq dərslər təşkil olundu.
Ziyarətçilərin, xüsusilə məktəblilərin "Qadın geyim bəzəkləri" sərgisinə marağını nəzərə alan Muzey rəhbərliyi sərginin vaxtını 15 mart 2017-ci il tarixinə qədər uzadıldı.