Gündəm

Valideynlərin müraciətləri dinləniləcək

28 Fevral 2017 14:37

Martın 3-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Çində Azərbaycanın nəqliyyat-tranzit imkanları təqdim edilib

28 Fevral 2017 14:35

Fevralın 28-də Pekində Azərbaycanın Çindəki səfirliyinin təşəbbüsü ilə “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı və ev sahibi Çin hökumətinin dəstəyilə baş tutan forumda Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Transxəzər nəqliyyat dəhlizinin, o cümlədən Azərbaycanın nəqliyyat-tranzit imkanları təqdim edilib.

Elçin Quliyev Gürcüstana səfər edib

28 Fevral 2017 14:33

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti cari ilin 27-28 fevral tarixlərində Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi polkovnik Dato Nikoleişvilinin dəvəti ilə Gürcüstana səfər etmişdir.

8830 qram civəni satmaq istəyərkən yaxalandı

28 Fevral 2017 14:30

Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları külli miqdarda güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar edib.

Növbəti hərracda 10 əmlak özəlləşdirilib

28 Fevral 2017 14:29

Əmlak Məsələləri Dövlət Komitəsinin 28 fevral tarixində keçirdiyi növbəti hərraca Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının üzvü olan 20-dən artıq sahibkarın izləyici qismində qatılıb. Bu barədə Komitədən “Olaylara verilən məlumata görə, hərrac prosesində 5-i kiçik dövlət müəssisə və obyekti, 5-i isə istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 10 əmlak özəlləşdirilib. Özəlləşdirilən əmlakların 7-si Bakı şəhərində, 3-ü isə müvafiq olaraq respublikanın digər şəhər və rayonlarında yerləşir. Regionlarda özəlləşdirilən müəssisələrə Mingəçevirdə yerləşən 31 saylı Mebel təmiri sexi, Yardımlı və Şəki şəhərində yerləşən qeyri-yaşayış binaları aiddir. Hərracda özəlləşdirilən müəssisələr əsasən paytaxtın Sabunçu, Suraxanı, Nəsimi, Nərimanov, Xətai rayonlarında yerləşir. Özəlləşdirilən müəssisələr müxtəlif təyinatlı olmaqla, əsasən sənaye, xidmət, ictimai iaşə sahələrini əhatə edib.

AMEA gənc mütəxəssisləri Ankarada

28 Fevral 2017 14:27

AMEA Botanika İnstitutunun doktorantı Xatirə Qasımova və magistr Emin Hüsüyev Türkiyənin Ankara şəhərində elmi ezamiyyətdə olublar. Akademiyadan “Olaylar” – a bildirilir ki, ezamiyyət Botanika İnstitutu və  Ankara Universitetinin  Torpaq və Bitki Qidalanma Departamenti, Tarla Bitkiləri Departamenti, Geoloji Mühəndislik Departamenti və Ankara Kənd Təsərrüfatı Tədqiqat İnstitutu əməkdaşlarının birgə təşkil etdiyi “Tələbə tədqiqat proqramı” üzrə  həyata keçirilib.

“MTN işi” üzrə növbəti məhkəmədə 25 zərərçəkmişin mülki iddiası qəbul edilib

28 Fevral 2017 14:25

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Komitə sədri Bərdədə qəbul keçirəcək

28 Fevral 2017 14:23

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam  edir. Komitədən “Olaylar”a verilən məlumata görə, 3 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Bərdə rayonunda saat 14:00-da Yeni Azərbaycan Partiyasının binasında vətəndaşların qəbulunu keçirəcək.

Deputat ATƏT PA-da Xocalıdan danışıb

28 Fevral 2017 14:22

23-24 fevral tarixlərində Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası çərçivəsində bütün komitələrin birgə iclası keçirilib. İclasda Milli Məclisin deputatı Ülviyyə Ağayeva  da çıxış edib. “Olaylar” xəbər verir ki, Ülviyyə Ağayeva çıxışı zamanı ATƏT PA-nın sessiyasında 1992-ci ilin fevralında xalqımıza qarşı törədilmiş hərbi cinayət-Xocalı soyqırımı haqqında danışıb.

Deputat:"Muştuluq naminə ultrasəs müayinəsinə son qoyulmalıdır"

28 Fevral 2017 14:19

“Ötən ilin statistikasına əsasən, Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanların sayı nəzərəçarpacaq qədər artıb”.

Bosniya və Hersoqovina Prezidenti: “Bakı platformu müsbət təşəbbüslərin irəli sürüldüyü məkandır”

28 Fevral 2017 14:17

“Böyük çətinliklərin olduğu bir dövrdə bizi sülhün, tərəqqi və ədalətin olduğu dünyaya bir addım daha yaxınlaşdıran məsələlərlə bağlı fikir mübadiləsi aparmaq liderlər üçün əhəmiyyətlidir”. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuiat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Bosniya və Hersoqovina Rəyasət Heyətinin sədri Mladen İvanıç martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumu ilə bağlı verdiyi açıqlama belə deyib.

Mətbuat Şurası KİV-ə müraciət etdi

28 Fevral 2017 14:16

Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinə (KİV) müraciət edib. Şuradan daxil olan müraciətdə deyilir: "Bu il fevralın 26-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hərbçilərimiz həlak oldu. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı videogörüntü də məhz həmin müddətdə hazırlanmışdı.

Əflatun Amaşov: "Düşmən ayıqdır, çaşdırıcı məlumatlar, görüntülər yaya bilər"

28 Fevral 2017 14:06

"Mənim mövqeyim ondan ibarətdir ki, indiki şəraitdə bu sayaq məsələləri mətbuatda yaymazdan əvvəl Müdafiə Nazirliyi ilə məsləhətləşmək daha vacibdir. Bu gün bu xəbər yayıldı, sabah buna bənzər başqa görüntülər də yayıla bilər. Bu görüntülərin nə dərəcədə dəqiq olması gündəmə gələ bilər. Bu məsələlərdə Azərbaycan jurnalistləri kifayət qədər ehtiyatlı olmalıdırlar. Jurnalsitlər faktları dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə mütləq əlaqə saxlamalı, onlarla

Şəhid hərbçi Zakir Cəfərov Bakıda torpağa tapşırılıb

28 Fevral 2017 14:03

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Zakir Cəfərov dəfn olunub. Şəhidlə doğulub boya-başa çatdığı Keşlə qəsəbəsində vida mərasimi keçirilib.

Şəhid hərbçi Beyləqanda dəfn edildi

28 Fevral 2017 14:01

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Qədimov Zülfü Rəhim oğlu bu gün Beyləqan rayonunda torpağa tapşırılıb.