Gündəm
Şəhidimizin cənazəsini gətirən polis hönkürdü - VİDEO
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 6 hərbi qulluqçumuzun şəhid olduğu haqda məlumatınız var.
İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə nail olmaq qarşımızda duran ən mühüm ümummilli vəzifədir"
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin V qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
Peşə təhsili inkişaf mərhələsində
Prezidentin 6 dekabr tarixli Fərmanı ilə təsdiq etdirilmiş 12 strateji yol xəritəsindən biri də “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”dir. Sözügedən sənəddə peşə təhsilinin inkişaf etdirilməsi ilə bağlı bir sıra vacib məqamlar öz əksini tapır. Xüsusilə, günümüzdə peşə təhsilinə diqqətin artırılması olduqca zəruri hesab edilir. Elə ekspertlər də bu qənaətdədirlər. İqtisadçı ekspert Əkrəm Həsənov sözügedən sənədi təhlil edərkən bildirir ki, xəritə müəlliflərinin təhsil sahəsi daxilində məhz peşə təhsilinə önəm verməsi düzgündür.
Dünya dövlətləri xain metotlarla idarə edilməkdədir
2015-ci ilin sonlarından dünyada baş verən iqtisadi və maliyyə böhranını hələlik aradan qaldırmaq mümkün olmur. Düzdür, müəyyən mənada bu böhranı aradan qaldırmaq üçün cəhdlər göstərilsə də, lakin indiki halda ortada real nəticə yoxdur. Bəzi hallarda isə hətta bəzi ölkələr mövcud problemləri aradan qaldırmağa maraqlı görünmürlər. Bu isə öz-özlüyündə belə bir fikrin formalaşmasına gətirib çıxarır ki, əslində həmin dövlətlər qlobal iqtisadi problemlərin meydana gəlməsində maraqlıdırlar. Nədən ki, meydana çıxan problem onlara cüzi şəkildə təsir edir. Bəzi hallarda isə hətta bu situasiyadan yararlanmağa da müvəffəq olurlar.
Hava yağmursuz olacaq
Bakı və Abşeron yarımadasında martın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
"Dağlıq Qarabağ münaqişəsi Moskva üçün vacib problemli məsələdir"
"Dağlıq Qarabağ münaqişəsi Moskva üçün vacib problemli məsələdir". Bunu müsahibəsində rusiyalı ekspert, "Yeni Rusiya" ictimai-siyasi hərəkatının lideri, iqtisadçı Nikita İsayev deyib.
Ermənistan hakimiyəti can vermək üzrədir
Ermənistanın uzaq hədəflərə hesablanmış Dağlıq Qarabağda “komstitusiya referendumu” siyasəti fiaskoya uğradı. Qeyri-qanuni keçirilən “referendum”un nəticələri nəinki beynəlxalq təşkilatlar tərəfindən tanınmadı, əksinə, Ermənistan beynəlxalq ictimaiyyətin qınağına tuş gəldi. Separatçı rejimdə keçirilən “referendum”la Azərbaycanı təxribata çəkə bilməyən ermənilər indi də hərbi təxribata əl atıblar. Belə ki, fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq erməni silahlı birləşmələri bütün cəbhə boyu hücuma keçiblər.
Ermənistan dövləti silahlı birləşmələr üzərində nəzarəti itirib
Fevralın 24-dən 25-nə keçən gecədən etibarən bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətməyə cəhd edən Ermənistan silahlı birləşmələri beynəlxalq humanitar qanunları ayaq altına atdıqlarını bir daha nümayiş etdiriblər.
“Düşmənə fürsət verməməliyik”
Ermənilərin 25 il əvvəl Xocalıda həyata keçirdikləri soyqırımın ildönümündən bir neçə gün keçsə də, hələ də yerli və əksər beynəlxalq kütləvi informasiya vasitələri Xocalı dəhşətlərindən yazır, onun Azərbaycan xaqlına qarşı bir soyqırım olduğunu qeyd edirlər. Bu günlər xüsusilə xarici ölkə KİV-ləri məhz soyqırımın 25 illiyi günündə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi milyonların yürüşündən bəhs edir. Ekspertlər hesab edir ki, bu kimi tədbirlər Xocalı soyqırımnının dünyaya daha yaxından çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Millət vəkili Azər Badamov da “OLAYLAR”-a verdiyi müsahibədə bunun əhəmiyyətindən danışıb.
Bahçeli: "ATƏT-in Minsk qrupu ədaləti təmin edə bilməyib"
"Atəşkəsi pozan, pozuntulara yol açan təqsirkar Ermənistandır". Bunu Türkiyənin Milliyyətçi Hərəkat partiyasının sədri Dövlət Bahçeli deyib.
Media rəhbərləri: "Erməni mənbələrinin dezinformasiyalarını yaymaq yolverilməzdir"
“Mən insanlarımızı başa düşürəm, informasiyasızlıq şəraitində onların keçirdiyi təbəddülatları, gərginliyi anlamaq olar. Amma yenə də səbirli olmaq lazımdır. Biz elə etməliyik ki, informasiya müharibəsində uduzmayaq.
Putin və Trampın görüşünə hazırlıq gedir
"Rusiya və ABŞ prezidentlər Vladimir Putin və Donald Trampın görüşünə hazırlığa başlayıblar". Bunu Rusiya xarici işlər nazirinin müavini deyib.
Rusiya və İsrail səfirlikləri Lapşinlə görüş müraciətlərinə cavab gözləyirlər
"Bakıdakı Rusiya və İsrail səfirlikləri ikili vətəndaşlığı olan bloger Aleksandr Lapşinlə görüş üçün Azərbaycan tərəfindən cavab gözləyirlər". Bunu Lapşinin vəkili Eduard Çernin deyib. Onun sözlərinə görə, məhkəmə prosesinin nə vaxt başlayacağı hələlik məlum deyil. Bundan başqa, vəkil qeyd edib ki, A.Lapşinin həyat yoldaşı ilə görüşüb-görüşməyəcəyi sual altındadır.
DİN-də yeni TƏYİNAT
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Səbail Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini polis polkovniki Füzuli Hümbətov vəzifəsindən azad olunub. O, Daxili İşlər Nazirliyinin (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin (QMQMİ) rəisi vəzifəsinə təyin edilib.
"Ermənistan təcavüzkar siyasətinə son qoymaq istəmir”
“Ermənistan-Azərbaycan cəbhəsində gərginlik əslində heç vaxt bitməyib. Çünki Ermənistan öz təcavüzkar siyasətinə son qoymaq istəmir”. Bunu millət vəkili Asim Mollazadə deyib. O bildirb ki, Ermənistan demək olar ki, tam özəlləşdirilib, amma onun arxasında dayanan qüvvənin təsiri ilə vəziyyəti gərginləşdirərək Azərbaycana təzyiq göstərmək istəyir: “Azərbaycan bir neçə istiqamətdə, ilk növbədə enerji sahəsində Avropa ilə əməkdaşlıq edir. Ölkəmizin böyük nəqliyyat layihələri var. Bütün bunlar isə Ermənistanı və onun havadarlarını narahat edir. Bu səbəbdən də atəşkəs rejimini mütamadi olaraq pozurlar”.














