Dünya dövlətləri xain metotlarla idarə edilməkdədir

2015-ci ilin sonlarından dünyada baş verən iqtisadi və maliyyə böhranını hələlik aradan qaldırmaq mümkün olmur. Düzdür, müəyyən mənada bu böhranı aradan qaldırmaq üçün cəhdlər göstərilsə də, lakin indiki halda ortada real nəticə yoxdur. Bəzi hallarda isə hətta bəzi ölkələr mövcud problemləri aradan qaldırmağa maraqlı görünmürlər. Bu isə öz-özlüyündə belə bir fikrin formalaşmasına gətirib çıxarır ki, əslində həmin dövlətlər qlobal iqtisadi problemlərin meydana gəlməsində maraqlıdırlar. Nədən ki, meydana çıxan problem onlara cüzi şəkildə təsir edir. Bəzi hallarda isə hətta bu situasiyadan yararlanmağa da müvəffəq olurlar.

Cəlal İbrahimov: "Biz bu haqq yolunda bir balaca sahv edərsək, bu bizim sonumuz, xain qüvvələrin isə zəfəri olar"

2015-ci ilin sonlarından dünyada baş verən iqtisadi və maliyyə böhranını hələlik aradan qaldırmaq mümkün olmur. Düzdür, müəyyən mənada bu böhranı aradan qaldırmaq üçün cəhdlər göstərilsə də, lakin indiki halda ortada real nəticə yoxdur. Bəzi hallarda isə hətta bəzi ölkələr mövcud problemləri aradan qaldırmağa maraqlı görünmürlər. Bu isə öz-özlüyündə belə bir fikrin formalaşmasına gətirib çıxarır ki, əslində həmin dövlətlər qlobal iqtisadi problemlərin meydana gəlməsində maraqlıdırlar. Nədən ki, meydana çıxan problem onlara cüzi şəkildə təsir edir. Bəzi hallarda isə hətta bu situasiyadan yararlanmağa da müvəffəq olurlar.

Siyasi təhlilçi Cəlal İbrahimov deyir ki, dünya iqtisadiyyatını, siyasətini saxta strategiya metoduyla idarə edən, qərb və onun ailə biznesləri bu yolla dövlətləri idarə etməkdədir. Məhz bu səbəbdən bu gün dünyada insanlığın sərvətləri, haqqları bu ailələrin intiriqalarına səbəb olub və bu üzdən dünyamız bölünüb, parçalanıb və haqsızlıqlara düçar olub. Dünya sərvətləri qarşılıqsız pullarla talanır və uzaq ölkələr bu yollarla haqq etmədikləri rifaha qovuşurlar". Cəlal İbrahimovun sözlərinə görə, bu gün dünya çox sayda dövlətləri var ki, ehtiyatında valyuta olmadığı halda, bəzi ailələrin trilyonlarca valyuta ehtiyatları mövcuddur: "Bu gün Federal Ehtiyatlar Sistemi (FED) kimi Amerikan mərkəz bankı bu ailələrin sərvətləri və göstərişiylə idarə edilir. Avropanın jandarması , İngiltərənin Avropadan ayrılması, bu birliyin yaxın bir vaxtda dağılacağından xəbər verir. Bu səbəbdəndir ki, ingiltərə Avropaya sahib çıxmaq üçün pusquda gözləməkdədir. Ümümiyyətlə, Qərbin patronu və yavəri finans ailələri tərəfindən dizayn edilməkdə və lazım gəldikdə döyüşdürülməkdədir. Biz türklər yücə Allah tərəfindən yaradıldıq və bizə lütf etdiyi dilimizi də sadəcə haqqa, ədalətə xidmət yolunda istifadə etdik. Biz qürur sözünü sadəcə haqq, ədalət və insana etdiyimiz xeyirli işlərdə istifadə etdik. Qərb isə qüruru etdikləri ədalətsiz, haqqsız işlər üçün istifadə etdilər". Ekspert deyib ki, bütün millətlər gözəldir, yetər ki, o millətlərin dövlətdəki idarəçiləri haqqdan, hüquqdan və ədalətdən ayrılmasınlar: "Ancaq o super dövlətləri, millətin seçdiyi hökümət idarə edəcəyinə, o ölkələri bir neçə ailələr idarə etməkdədir. Dünya pulları bu gün dolların nökəri olub və dünyanı bir virus kimi bürüyüb. Bu dollar xəstəliyi bu gün dünyada insanlığı elə bir hala salıb ki, bəzi ölkələr bu səbəbdən ciddi problemlərlə üzləşib. Allah insanda bir ovuc mədə yaratdığı halda, nəfsinə düşgün bu insan düşmənləri milyardlarca insanların ac qalmasına, milyonlarca insanların isə aclıqdan ölməsinə səbəb olur. Dünya yeni bir yol izləməli və dünyamızı saxta yollarla idarə edən, finans ailələrinə artıq dur deməlidir. Buna əlbəttə ki, dur deyən dövlət başçıları oldu. Lakin həmin ölkə rəhbərləri anında məhv edildi. Nə üçün insanların və insanlardan meydana gələn millətin dövləti finans ailələri tərəfindən idarə edilməli və millət aldadılmalıdır. Qərb həm faizcidir, həm də ölkələri borclandıraraq milli sərvətlərini talayandır".

Eskpert hesab edir ki, dünya dövlətləri xain ailələrin oyuncağına çevrilib və xain metotlarla idarə edilməkdədir: "Ancaq dünyada bir işıq doğdu. Bu Yeni Türkiyə dövlətidir.Yeni Türkiyə Dövləti ,milləti və lideri haqq bir addım atdığı üçün, haqqdan, hüqüqdan ayrılmadığı üçün, bütün fələkətlərdən, xainliklərdən qorundu. Bu gün Yeni Türkiyədən həm yer həm də göy razı olduğu üçün,Yücə Allah öz qüdrətini dünyadaki xainlərə göstərdi.Deməli haqq, ədalət və bu yolda olan xidmətçilər olarsa, batıl qaçıb gedər. Biz haqqdan, hüquqdan və Yücə Allahın ədalətindən ayrılmadıqca, Yücə Allah bizi daim bütün xain oyunlardan qoruyacaqdır. Bizm yolumuz bilim yoludur. Elm ,texnologiya yoludur. Biz bu haqq yolunda bir balaca sahv edərsək, bu bizim sonumuz, xain qüvvələrin isə zəfəri olar. Bu isə dünyamızın sonu olar".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31