Gündəm

Qərargah: “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb

28 Fevral 2017 12:45

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Polkovnik Manuxin: "Azərbaycan ordusu torpaqların bir hissəsini də azad edərək irəli gedəcək"

28 Fevral 2017 12:34

"Ermənilər cəbhədə vəziyyəti belə gərginləşdirməkdə davam etsələr, bu onlara çox baha başa gələcək. Ən əsası odur ki, ermənilər çoxlu itkilər verəcəklər. Bu itkilər həm canlı qüvvədə, həm də silah və texnikada olacaq. Hətta mənə belə gəlir ki, Azərbaycan ordusu yenə də işğal altındakı torpaqların bir hissəsini də azad edərək irəli gedəcək və müdafiə xəttini nisbətən bərabərləşdirəcək. Bütün hallarda Ermənistan tərəfi bilməlidir ki, onların atdığı hər hansı atəş cavabsız qalmayacaq, cavab zərbəsi onlar üçün sarsıdıcı olacaq. 

Terrorçular 70 yaşlı almanın başını kəsdilər - VİDEO

28 Fevral 2017 12:31

Filippindəki "Əbu Səyyaf" terror qruplaşması Almaniya vətəndaşı Yurgen Qustav Kantnerin edam videosunu yayıb.

"Ermənilərin itkiləri barədə videolar var" - Polkovnik

28 Fevral 2017 12:28

"Biz müharibə şəraitində yaşayırıq. Bu səbəbdən heç vaxt müharibənin olmayacağını deməmişik. Həmişə deyirik ki, müharibə ehtimalı yüksəkdir. Gündəlik fəaliyyətə baxsaq, görərik ki, döyüş bölgəsində daim atəşkəs pozulur. Sadəcə bu gah azalır, gah da çoxalır. Düşmən tərəfinin diversiya təxribat qrupları yenə də həmişə olduğu kimi vəziyyəti gərginləşdirir".

ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb

28 Fevral 2017 12:25

ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb. Bəyanat Nevada ştatının qubernatoru Brayan Sandoval tərəfindən imzalanıb. Sənəddə, onun "Xocalını Anma Günü" münasibətilə imzalandığı bildirilir.

Ramil Usubov polis rəisini işdən çıxardı

28 Fevral 2017 12:22

Azərbaycanda polis rəisi təqaüdə göndərilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramazan Kərimov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Fransada Xocalı soyqırımının tanınması üçün PETİSİYA təqdim olundu

28 Fevral 2017 12:20

Fransalı vəkil Olivye Pardo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib. Petisiya change.org saytında dərc olunub və ölkə hakimiyyətinə müraciət olunub.

Keçmiş MTN generalının villasında usta işləmiş şəxs məhkəmə zalından azadlığa buraxıldı

28 Fevral 2017 12:18

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında çalışan iki qardaş - Ramil Aslanov və Vasif Aslanovun barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Mart ayında hava

28 Fevral 2017 12:16

Mart ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verdiyi məlumata görə, mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.

Azərbaycan hərbçisi şəhid olub

28 Fevral 2017 12:14

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.

Nazir: "Məcburi nüsxələri kitabxanalara verməyən nəşriyyatlar bağlana bilər"

28 Fevral 2017 12:12

"Əgər tariximizi saxlamaq istəyiriksə, məcburi nüsxələr kitabxanalara verilməlidir. Bu, öz tarixinə hörmət edən cəmiyyətin vəzifəsidir. Nüsxələri verməyənlərə cərimələr tətbiq olunacaq, ikinci, üçüncü dəfə təkrar olunsa, hətta həmin nəşriyyat bağlanıla bilər". 

Magistratura və rezidenturanın I mərhələsi üçün imtahanlar apreldən tez olmayacaq

28 Fevral 2017 12:08

“Magistratura və rezidenturanın I mərhələsi üçün imtahanlar aprel ayından tez olmayacaq”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. “Yerdə qalan digər imtahanların vaxtının elan olunması üçün Tarif Şurasının qərarı gözləyirik. Bildiyiniz kimi, 9-cu sinif üzrə buraxılış imtahanlarının I mərhələsi bu ilin 5, 12 və 18 mart tarixlərində keçiriləcək. Martın 26-da sınaq imtahanlarının keçirilməsini nəzərdə tutmuşuq.

Uorlik: “Bu günədək aprel müharibəsinin bütün təfərrüatları üzə çıxmayıb”

28 Fevral 2017 12:06

“Beynəlxalq vasitəçilər atəşkəs rejiminə riayət olunması üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərinə kömək etməlidir”. 

Ermənistanda baş verən zəlzələ Ordubadda 3 bala qədər hiss olunub

28 Fevral 2017 12:04

Ermənistan ərazisində zəlzələ olub. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zələzlə yerli vaxtla saat 10:28-də Ordubaddan 37 km şimal-şərqdə Ermənistan ərazisində qeydə alınıb. 3.5 maqnituda, 11 km dərinlikdə baş verən yeraltı təkan Ordubad ərazisində 3 bala qədər hiss  olunub.

Nazir: “Müşfiqin heykəlini götürənlər məsuliyyətə cəlb olunmalıdır”

28 Fevral 2017 12:03

"Mikayıl Müşfiqin abidəsinin götürülməsi bizim hamımızı sarsıtdı. Məsələdən xəbərdar olan kimi dərhal müvafiq tapşırıqlar verdik. Bu, tam məsuliyyətsiz yanaşmadır”. Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.