Gündəm

Magistratura, rezidentura, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq

28 Fevral 2017 12:00

“Magistratura, rezidentura, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu həftə ərzində Tarif (qiymət) Şurası qərarını elan edəcək: “Biz artıq lazım olan sənədləri Tarif Şurasına təqdim etmişik”.

“Pirallahı adası” yatağında yeni quyular qazılır

28 Fevral 2017 11:57

Kompleks Qazma İşləri Tresti “Pirallahı adası” yatağında 2 quyunun qazma işlərini uğurla davam etdirir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, 1140 nömrəli meydançada 1193 nömrəli quyunun layihə dərinliyi 895 metr, 1150 nömrəli meydançada 1160 nömrəli quyunun layihə dərinliyi isə 850 metrdir.

Milli Məclisdə seçicilərlə görüş keçirilib   

28 Fevral 2017 11:55

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Parlamentdə 20 seçici ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətənaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

Elman Nəsirov: "Sarkisyan bu hərəkəti ilə onsuz da olmayan nüfuzuna növbəti dəfə zərbə endirdi"

28 Fevral 2017 11:53

"Ermənistanın cinayətkar Sarkisyan rejimi təmas xəttində növbəti dəfə siyasi təxribata əl atıb". Bunu millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, bu təxribat bütün dünyanın gözü qarşısında baş verir: "Xocalı soyqırımının 25-ci ildönümündə Ermənistanın növbəti təxribatı düşünülmüş addımdır. Onlar bu təxribatla dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımından yayındırmağa cəhd etdilər. Onlar həm də bununla məsuliyyətdən yayınmaq istəyirlər. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistanda keçiriləcək 2 aprel seçkilərində daxili auditoriyanın diqqətini ölkənin problemlərindən uzaqlaşdırıb Dağlıq Qarabağa yönəltməyə çalışırlar. Ermənistanın niyyəti ondan ibarətdir ki, danışıqlar prosesi baş tutmasın, əgər baş tutarsa, gərginlik fonunda baş verərsə, danışıqlarda fundamental məsələlər diqqətdən kənarda qalsın və əsas məsələ atəşkəsin bərpası ilə bağlı olsun".

Mənsum İbrahimovun hərbi xidmətdə olmadığı haqda xəbər yalandır - TƏKZİB

28 Fevral 2017 11:51

Ötən gün saytımızda bir sıra məşhurların əsgərlikdə olmaması ilə bağlı xəbər yayılmışdı.

Gürcüstanda Xocalı ilə bağlı videoçarx hazırlanıb

28 Fevral 2017 11:48

Gürcüstanda Xocalıya Ədalət kampaniyası çərçivəsində gürcü və Azərbaycan dilində Xocalı haqqında video çarx təqdim olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, çarxı kampaniya çərçivəsində keçirilən tədbirlərin təşkili üçün yaranan "Xocalı üçün birləşək" adlı təşkilat komitəsi ərsəyə gətirib. Çarxda Xocalı soyqırımı haqqında məlumat verilib, dünya ictimayyətinə Xocalıya ədalət şüarı səsləndirilib. Çarx Xocalı ayı çərçivəsində keçirilən tədbirlərdə gürcü ictimayyətinə təqdim olunaraq böyük marağa səbəb olub.

Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

28 Fevral 2017 11:47

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Məleykə Abbaszadə: “Gələcəkdə ildə 2-3 dəfə qəbul imtahanı keçirmək imkanımız olacaq”

28 Fevral 2017 11:44

“Bu ildən abituriyentlərə seçdiyi ixtisas qrupuna uyğun olaraq, qəbul imtahanında iki dəfə iştirak etmək imkanı yaradılıb. Ola bilsin, gələcəkdə qəbul imtahanlarında iştirakın sayını artıraq. Gələcəkdə bir ildə 2-3 dəfə qəbul imtahanı keçirmək imkanımız olacaq”.

Məleykə Abbaszadə: "Prezidentin sərəncamı 70 min gənci əhatə edəcək"

28 Fevral 2017 11:42

"Prezidentin fevralın 24-də imzaladığı sərəncam 70 min gənci əhatə edəcək. Bu gənclər imtahanda pulsuz iştirak edə biləcəklər. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, sərəncam builki abituriyentlər üçün faydalı olacaq: "Sərəncama əsasən ilk dəfə ali məktəbə sənəd təqdim edənlər imtahanda ödənişsiz iştirak edəcək. Lakin ikinci dəfə sənəd verənlər imtahanda iştirak etmək üçün vəsait ödəyəcəklər".

Cəbhədə gərginlik davam edir

28 Fevral 2017 11:30

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin qumbaraatanlardan da (cəmi 68 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 145 dəfə pozub. Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Babək Huseyinli: “Bu günə qədər Elnar İbrahimov və onun məşqçisi bir dəfə də olsun ermənilərə məğlub olmayıblar”

28 Fevral 2017 11:31

“Qarabağ” İdman kulubunun direktoru Babək Hüseyinli Moskvada Ximki rayonunda "Fight Nights Globala MMA" qaydasız döyüş üzrə keçirilən turnirdə Azərbaycana qarşı təxribata yol verilməsi ilə bağlı məsələyə münasibət bildirib .

Şəhid atası: “Təssüf ki, o, övladını görə bilmədi”

28 Fevral 2017 11:26

Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Fizuli – Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərov Yardımlı rayonunun Peştəsər kənd qəbiristanlığında dəfn olunub. “Olaylar” xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları,  Milli Məclisin deputatı Musa Qasımlı, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib. Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşi və alqış sədaları altında şəhid son mənzilə yola salınıb. 

Pentaqon terrorla sürətli mübarizə üçün yeni plan hazırlayıb TRAMPIN SƏRƏNCAMI

28 Fevral 2017 11:22

ABŞ-ın müdafiə nazirllyi Donald Trampın sərəncamına əsasən Suriyada və İraqda “İslam dövləti” terror təşkilatı ilə mübarizə istiqamətində Ağ evə yeni hazırlanmış planını təqdim edib. Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis Amerika mətbuatına məlumat verib.

Deputat: "Beynəlxalq aləm bu məsələyə ciddi qiymət verməlidir" 

28 Fevral 2017 11:20

“Ermənistanın Sarkisyanın rəhbərliyi ilə cəbhədə təxribatlara əl atmasında məqsəd ölkəsində keçiriləcək seçkilərdə müəyyən qədər uğur qazanmaqdır”. Bunu deputat Rövşən Rzayev deyib.

Millət vəkili: “Ermənistanın təxribat törətməyə əsgəri qalmayacaq” 

28 Fevral 2017 11:18

“Son günlər erməni təxribatlarının aktivləşməsini Ermənistandakı siyasi qeyri- stabillik ilə əlaqələndirərdim. Günü –gündən zəifləyən və iqtisadi problemlərin girdabına batmış Ermənistan Qarabağda təxribatlar törətməklə ictimaiyyətin diqqətini ölkədaxili problemlərdən yayındırmaq istəyir”. Bunu  millət vəkili Azər Badamov deyib.