Gündəm

Rəhim Əliyev: “Bu il Bakı Şəhər Halqasında sürət daha da artacaq”

28 Fevral 2017 11:16

“Formula 1 yarışlarında hər il mövsüm testlərlə başlayır. Çünki hər ilə yeni bolid hazırlanır və onların "uşaq xəstəlikləri" testlərdə müəyyən olunaraq aradan qaldırılır. Builki testlər isə dünəndən Barselona şəhəri yaxınlığındakı Kataloniya trasında başlayıb. Testlər 4 gün davam etdikdən sonra 4 günlük fasilə olacaq. Sonra yenidən 4 günlük testlər başlayacaq”. Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş reaktoru Rəhim Əliyev deyib.

Baş redaktor: “Milli maraqlardan sui-istifadə edənlərə qarşı addımlar atılmalıdır” 

28 Fevral 2017 11:15

“Təəssüf ki, cəbhədə baş verən hadisələr haqqında Müdafiə Nazirliyindən dəqiqləşdirilməmiş, yalan məlumatların yayılması ilə bağlı yenə də sosial şəbəkələrdə kifayət qədər problemlər oldu. Bununla yanaşı, özlərini peşəkar adlandıran bəzi internet saytları və rəhbərləri Ermənistan mətbuatının yaydığı məlumatlara istinad edərək xəbər yayırdılar. Onların əksər hissəsi isə təxribat xarakterli məlumatlar idi”. Bunu  “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Putin Bişkekə gedir

28 Fevral 2017 06:47

Sevginin bitməməsi üçün 10 MƏSLƏHƏT

27 Fevral 2017 20:15

Fikir ayrılıqları nə qədər olursa-olsun sağlam bir münasibət qurmaq üçün onun nizamlı və uzunmüddətli olması şərtdir. Aile.lent.az sağlam sevgi münasibəti üçün lazım olan 10 məqamı diqqətinizə çatdırır.

İNANILMAZ: 11 ayda 3 uşaq doğdu

27 Fevral 2017 20:00

Sevgili olduqdan 14 ay sonra 3 uşaqlarının olacağı Eliza və Benin ağıllarına da gəlməzdi. Vətəndaş nikahında yaşamağa başlayandan 3 ay sonra Eliza hamilə qalır. Hamiləlik xəbəri sürpriz olsa da, cütlük gözəl ailələri olmaları xəyalını qururlar. Övladları olacağı xəbəri onları çox sevindirir.

“Samsung” şirkəti “Galaxy S8” smartfonunun təqdimat tarixini rəsmi açıqlayıb

27 Fevral 2017 19:50

Artıq əminliklə söyləmək olar ki “MWC 2017” sərgisində “Samsung Galaxy S8” smartfonu təqdim edilməyəcək, çünki Cənubi Koreya şirkəti  sərgi ərəfəsində yeni smartfonun rəsmi elan tarixini açıqlayıb. Şirkət yalnız smartfonun elan tarixini açıqlayıb, amma qabaqcıl smartfonun satışa çıxarılma tarixi əvvəlki kimi məlum deyil.

“5G” şəbəkəsinin yekun spesifikasiyası dərc edilib

27 Fevral 2017 19:45

Rabitə standartlarını hazırlayan və təsdiq edən Beynəlxalq Telekommunikasiya İttifaqı (“International Telecommunication Union”) dünyada “5G” kimi tanınan “MT-2020” şəbəkəsi üçün spesifikasiyaların yekun versiyasını dərc edib. İdealda bütün göstəricilər “4G LTE” və “LTE-Advanced” şəbəkələrinin müvafiq parametrlərini xeyli geridə qoyur. Mobil üçün maksimum yükləmə sürəti 20 Qbit/s (“4G” şəbəkəsində bu göstərici 1 Qbit/s təşkil edir), serverə maksimum yükləmə sürəti isə 10 Qbit/s təşkil edir, istifadəçi isə hava və ərazidən asılı olmayaraq məlumatları müvafiq olaraq 100 və 50 Mbit/s ilə qəbul edə və ötürə biləcək.

Dronlar təbii fəlakətlərdən sonra rabitəni bərpa edəcəklər

27 Fevral 2017 19:40

ABŞ-ın “AT&T” telekommunikasiya şirkəti uçuşdan sonra mobil rabitə stansiyası funksiyalarını yerinə yetirəcək bənd edilən pilotsuz uçan aparatın sınaqlarını keçirib. Aparatlardan təbii fəlakətdən ziyan çəkən ərazilərdə rabitənin tez bərpası üçün istifadə nəzərdə tutulur.