Rəhim Əliyev: “Bu il Bakı Şəhər Halqasında sürət daha da artacaq”
“Formula 1 yarışlarında hər il mövsüm testlərlə başlayır. Çünki hər ilə yeni bolid hazırlanır və onların "uşaq xəstəlikləri" testlərdə müəyyən olunaraq aradan qaldırılır. Builki testlər isə dünəndən Barselona şəhəri yaxınlığındakı Kataloniya trasında başlayıb. Testlər 4 gün davam etdikdən sonra 4 günlük fasilə olacaq. Sonra yenidən 4 günlük testlər başlayacaq”. Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş reaktoru Rəhim Əliyev deyib.
28 Fevral 2017 11:16 İdman"Formula 1 yarışlarında hər il mövsüm testlərlə başlayır. Çünki hər ilə yeni bolid hazırlanır və onların "uşaq xəstəlikləri" testlərdə müəyyən olunaraq aradan qaldırılır. Builki testlər isə dünəndən Barselona şəhəri yaxınlığındakı Kataloniya trasında başlayıb. Testlər 4 gün davam etdikdən sonra 4 günlük fasilə olacaq. Sonra yenidən 4 günlük testlər başlayacaq". Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş reaktoru Rəhim Əliyev deyib.
O qeyd edib ki, testlərdən sonra bolidlər hər komandanın bazasına və oradan isə mövsümün ilk yarışına - Avstraliyaya aparılacaqlar: "Yəni artıq Melburnda biz tam yarışa hazır olan bolidləri görəcəyik. Azərbaycan Qran Prisi isə yarış təqvimdə 8-cidir. Bizim yarışa qədər maşınlar daha da təkmilləşəcəklər. Şəhər tipli tras həmişə pilotlar üçün çətin olub. Çünki belə traslar sürücünün səhvini bağışlamır. Geniş traslarda trayektoriyadan çıxdıqda yenidən qayıtmaq olur, amma şəhər trasında qoruyucu baryerlərə çırpılaraq mübarizəni dayandırmalı olursan. Ona görə də pilotlardan yüksək ustalıq tələb olunur. Builki reqlament dəyişikliyindən sonra Bakı Şəhər Halqasında sürət daha da artacaq. Ona görə bizim yarışda mübarizə daha da gərgin olacaq".
O, dəyişikliklərdən sonra pilotların döngələri daha sürətlə keçəcəklərini bildirib: "Dəyişikliklərdən sonra asfaltayatma qüvvəsinin və asfaltla mexaniki ilişmənin artması döngələrdə sürəti və sürücünün boynuna düşən yüklənməni artıracaq. Döngəyə qədər əyləc nöqtəsi daha irəlidə olacaq. Pilotlar döngəyə daha sürətlə girəcəklər və daha tez sürətlənəcəklər. Bütün bunlar döngələrdə maşının trayektoriyasını, davranışını dəyişəcək. Beynəlxalq Avtomobil Federasiyası (FİA) bütün traslara, o cümlədən bizim trasa da məsləhət görüb ki, döngələrdə qoruyucu baryerlərin quruluşunu dəyişsinlər. Bakı Şəhər Halqasında döngələr şəhər küçələrinin kəsişməsi olduğu üçün çoxu elə 90 dərəcəlidir. Amma "Neftçilər" prospektindəki döngələr ardıcıllığı qaz pedalı tam döşəməyə sıxılmış vəziyyətdə qət olunur. O hissədə indi sürət daha çox artacaq. Amma trasın uzun hissəsi maşınların sazlanmasını çətinlişədirir. Yəni, mühəndislər kompromis axtarmalı olacaqlar. Trasın 2/3 hissəsi döngəli, 1/3 hissəsi isə uzun düzlükdür. Bolidi elə sazlamaq lazımdır ki, həm döngəli hissələrdə effektiv olsun, həm də uzun düzlükdə".