Yəhudi mərkəzində BOMBA HƏYƏCANI

ABŞ-da 16 yəhudi mədəniyyət mərkəzində partlayıcıların quraşdırılması barədə anonim məlumat daxil olub.

Şimali Karolina, Alabama, Florida, Pensilvaniya, Nyu-Cersi, Delaver və İndiana ştatlarında yerləşən mədəniyyət mərkəzlərinin əməkdaşları dərhal təxliyə olunub.

Fevralın 20-də 11 yəhudi mədəniyyət mərkəzində bomba barədə anonim xəbərdarlıqlar edilsə də, faktlar təsdiqini tapmayıb. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31