Gündəm

Məşhur cütlüyün bezdiyi evin yeni sahibi Kərəm və Serenay oldu

27 Fevral 2017 19:36

Aktyor Kərəm Bürsin və aktrisa sevgilisi Serenay Sarıkaya axtardıqları evi tapıblar. Cütlük İstanbulun Yeniköy səmtində, bir zamanlar Murad Boz və Aslı Enver cütlüyünün yaşadığı üçmərtəbəli villaya köçüblər. Evi bəyənən sevgililər 1 illik müqavilə imzaladıqdan sonra təmir işləri ilə maraqlanıblar.

Simic müğənni restoranda hesaba görə DAVA SALDI

27 Fevral 2017 19:30

Yalın restoranda hesab davası edib. Müğənni dünən dostlarım ilə birlikdə lüks restoranların birində yemək yeyib. Lakin hesabı üzündən dostlar arasında mübahisə yaşanıb. Yalın hesabın artıq yazıldığına görə ofisiantı çağırıb etirazını bildirib.

Ayaqları sirkəli suya salın və bütün xəstəliklər sağalacaq

27 Fevral 2017 19:25

Alma sirkəsinin heyrətamiz faydaları üzə çıxıb. İstənilən ərzaq mağazasında ucuz qiymətə satılan alma sirkəsi ilk növbədə aktibakterial və iltihab əleyhinə effektli vasitədir. Xüsusi ilə ayaqları alma sirkəsi əlavə edilmiş suda yumaq ayaq bakteriyalarını aradan qaldırmaqda çox təsirlidir.

Azərbaycan prezidenti: “Əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir”

27 Fevral 2017 19:21

“Əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə keçirdiyi görüşdə deyib.

Özcanla Aslının yeni serialı bu həftə başlayır

27 Fevral 2017 19:20

Aslı Enver və Özcan Dənizin baş rollarda çəkildiyi "İstanbullu gəlin"in yayım tarixi bəlli olub. Serial martın 3-də Star TV-də start götürəcək.

Tuba Büyüküstünün başı DƏRDDƏ

27 Fevral 2017 19:14

“İstanbul Qırmızısı” filminin, həmçinin “Cəsur və Gözəl” serialının baş rol ifaçısı Tuba Büyüküstün qısa saçlarından dolayı çətin anlar yaşayıb.

Bakıda Avropa İttifaqının layihəsi üzrə seminar keçirilib

27 Fevral 2017 19:11

Fevralın 27-də Bakı şəhərində Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən “Proqram Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilmişdir.

Şabranda sürüşmə baş verib, 5 evə ziyan dəyib

27 Fevral 2017 19:10

Şabran rayonununda torpaq sürüşməsi baş verib. Hadisə rayonun Qazbabalı kəndində qeydə alınıb. Kənd icra nümayəndəsinin sədr müavini Fürsət Təhməzov həmin kənddə yaşamağın təhlükəli olduğunu bildirib: "Son günlər aramsız yağan yağış və qar sürüşmə prosesini aktivləşdirib. Təbii fəlakət nəticəsində beş evə ziyan dəyib və kəndə gedən yol dağılıb. Sürüşmə zamanı kənd sakinləri - Yəhya Əliyev, Əlikram Əliyev, İmaməddin Əliyev, Faiq Əliyev və Naziyyət Mirzəyevaya məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərdə çatlar əmələ gəlib və yaşamaq mümkün olmadığı üçün ailə üzvləri qohumlarının evlərində məskunlaşıblar". 

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

27 Fevral 2017 19:09

Gələcəkdə öz ayaqları üstündə möhkəm dayanmaq üçün yola çıxan balacalardan ailə və müəllimlərinin tələbləri yüksəkdir. Məktəb dövründən başlayan bu hekayə universitet və daha sonrakı pillələrdə uşaqların həm də böyüməyinə yardım edir. Uşaq öyrəndikcə müvəffəqiyyəti artır. Hər qazanılan uğur uşağın şəxsiyyətinə böyük təsir edir. Ona görə də valideynlər uşağın şəxsiyyətinə zərər vermədən öz potensiallarını düzgün şəkildə istifadə etməkdə onlara yardımçı olmalıdırlar.

Bakının Nərimanov prospekti sabahdan avtomobillər üçün bağlanacaq

27 Fevral 2017 19:08

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur.

Sağlam olmaq istəyirsinizsə, əməl edin

27 Fevral 2017 19:04

Yaz mövsümü yaxınlaşdıqca qəfil hava dəyişikliyi yoluxucu xəstəliklərə də təsirini göstərir. Ancaq həyatınızda müəyyən dəyişikliklər edərək və sağlam vərdişlərə yiyələnərək, xəstəlikləri bədəninizdən tamamilə uzaqlaşdıra bilərsiniz. Aile.lent.az sizi xəstəliklərdən qoruyan 5 məsləhət verir.

Qonşuların xəbərdarlığıyla evə girdilər: qapını açanda gözlərinə inanmadılar

27 Fevral 2017 19:02

Bələdiyyə işçiləri qonşuların xəbərdarlığından sonra getdikləri evdən 15 ton zibil çıxarıblar. Hadisə Bursada baş verib.

Yeni doğulan körpə itlərə atılıb

27 Fevral 2017 18:58

Rusiyanın Krasnoyarsk diyarında dəhşətli hadisə baş verib.  Açinsk şəhər sakini yeni doğulmuş körpənin itlər tərəfindən parçalanmış cəsədini tapıb. Aparılan ekspertiza tədbirləri nəticəsində körpənin dünyaya sağ gəldiyi və anası tərəfindən küçəyə atıldığı müəyyən edilib.

Vətənpərvərliyin yeni qəhrəmanlıq salnaməsi

27 Fevral 2017 18:56

Məkirli və hiyləgər əməlləri ilə Azərbaycanı daim təxribatlara sürükləməyə  cəhd edən Ermənistan Xocalı soyqırımını 25-ci ildönümündə də öz ənənəsinə sadiq qaldı. Belə ki, 2016-cı ilin aprel döyüşlərindən nəticə çıxarmayan erməni silahlı birləşmələri fevralın 24-dən 25-nə keçən gücə bütün cəbhə boyi genişmiqyaslı təxribata əl atdı. Azərbaycan Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri hərbi təxribatlarını davam etdirməkdədirlər.

Riannanın mahnısını oxuyan tutuquşu - VİDEO

27 Fevral 2017 18:45

Riannanın Eminemlə bir yerdə oxuduğu "The Monster" mahnısı internetdə fərqli ifada məşhurlaşıb. Tutuquşunun həmin mahnını ifa etməsini çəkərək internetdə paylaşan Reddit istifadəçisi tez bir zamanda məşhurlaşıb.