Tuba Büyüküstünün başı DƏRDDƏ
“İstanbul Qırmızısı” filminin, həmçinin “Cəsur və Gözəl” serialının baş rol ifaçısı Tuba Büyüküstün qısa saçlarından dolayı çətin anlar yaşayıb.
27 Fevral 2017 19:14 Dünya"İstanbul Qırmızısı" filminin, həmçinin "Cəsur və Gözəl" serialının baş rol ifaçısı Tuba Büyüküstün qısa saçlarından dolayı çətin anlar yaşayıb. "İstanbul Qırmızısı" filminin rejissoru Fərzan Özpetek Tuba Büyüküstünün saçlarını formaya salmaq üçün İtaliyanın paytaxtı Romadan üç dəfə qadın bərbər gətirib.
İtaliyada yaşayan məşhur rejissor "Romadakı saç ustama çox güvənirəm. Həmişə onunla işləyirəm", - deyə cavab verib.
Qeyd edək ki, "İstanbul Qırmızısı" ilin ən çox gözlənilən filmlərindən biridir. Sözügedən ekran işinin qala gecəsi Türkiyədə martın 3-də baş tutacaq. Qala gecəsinin Bakıda keçirilməsi də planlaşdırılır. Bu barədə Publika.az xarici mətbuata istinadən xəbər verir.