Vətənpərvərliyin yeni qəhrəmanlıq salnaməsi
Məkirli və hiyləgər əməlləri ilə Azərbaycanı daim təxribatlara sürükləməyə cəhd edən Ermənistan Xocalı soyqırımını 25-ci ildönümündə də öz ənənəsinə sadiq qaldı. Belə ki, 2016-cı ilin aprel döyüşlərindən nəticə çıxarmayan erməni silahlı birləşmələri fevralın 24-dən 25-nə keçən gücə bütün cəbhə boyi genişmiqyaslı təxribata əl atdı. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri hərbi təxribatlarını davam etdirməkdədirlər.
27 Fevral 2017 18:56 SosialMilli Ordumuz fevral sınağından da alnıaçıq çıxdı
Məkrli və hiyləgər əməlləri ilə Azərbaycanı daim təxribatlara sürükləməyə cəhd edən Ermənistan Xocalı soyqırımının 25-ci ildönümündə də öz ənənəsinə sadiq qaldı. Belə ki, 2016-cı ilin aprel döyüşlərindən nəticə çıxarmayan erməni silahlı birləşmələri fevralın 24-dən 25-nə keçən gecə bütün cəbhə boyi genişmiqyaslı təxribata əl atdı. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri hərbi təxribatlarını davam etdirməkdədirlər. Belə ki, cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimi ümumilikdə 129 dəfə pozulub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Voskevan, Şavarşavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq, Quşçu Ayrım, Fərəhli, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Mərzili, Nəmirli, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Təbii ki, bu amansız döyüşdə itgilərimiz oldu, hərbçilərimiz qəhrəmancasına şəhid oldular. Lakin bu təxribatçı hərəkətlər Azərbaycan Ordusunu qətiyyən sarsıtmadı, əksinə Ermənistanın təxribatlarına əks-hücum zərbələri ilə cavab verən Azərbaycan Ordusu düşməni geri oturtmağa nail oldu. Aprel döyüşlərindən alnıaçıq, üzüağ çıxan Silahlı Qüvvələrimiz bu dəfə də sübut etdi ki, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz daha da inkişaf edib və güclü ordulardan birinə çevrilib, çoxlu sayda gənc peşəkar kadrlarımız yetişib. Xatırladaq ki, ötən ilin aprel ayında baş verən hadisələr zamanı hiyləgər düşmən də, dünya da ordumuzun artan gücünü görmüşdü. Cəmi on bir aydan sonra təkrarlanan döyüşləri bir daha göstərdi ki, Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Azərbaycan Ordusu silah-sursat təchizatı baxımından postsovet ölkələri arasında öndədir. Azərbaycan həm müasir texnika və silahlara malikdir, həm də öz istehsalı ilə ordusunu müxtəlif silahlarla təmin edir. Şəhidlərimiz isə bütün dünyaya sübut etdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Silhalı Qüvvələr Ali Baş Komandan başda olmaqla öz müqəddəs borcunu yerinə yetirməyə qadirdir. Fakt odur ki, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə yüksək əhval-ruhiyə var. Silahlı Qüvvələr Azərbaycan xalqının etimadını doğruldur. Bu isə qətyyətlə deməyə əminlik yaradır ki, şəhidlərin qisası alınacaq və torpaqlarımız işğaldan azad olunacaq. Çünki Azərbaycan Mübariz İbrahimov, Çingiz Qurbanov, Şükür Həmidov, Təbriz Musazadə, Abdulla Mollayev, Urfan Vəlizadə, Vüqar Yusifov kimi qəhrmanlarını əbəs yerə şəhid verməyib. Dövlət onların Vətən qarşısındakı xidmətlərini qiymətləndirərək "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" ordenlərinə, "Vətən uğrunda", "İgidliyə görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görüb. Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu da şəhidlik ənənəsinin davamçıları oldular.
Qətiyyətlə demək olar ki, bu gün bütün Azərbaycan cəmiyyəti ordumuzun yanında olmağa hazırdır. Artıq ölkə ictimaiyyəti bu istəyini aprel döyüşləri zamanı açıq-aydın nümayiş etdirdi. O zaman məlum oldu ki, cəmiyyətin bütün üzvləri Silahlı Qüvvələrimizin könüllü əsgəridir və Vətən üçün canından keçməyə hazırdır. "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə insanlar küçələrə çıxaraq, torpaqlarımızın azadlğı uğrunda hər han döyüşə atılmağa hazır olduqlarını bəyan etdilər. Eləcə də dünyanın dörd bir yanından ölkə başçısı, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevə dəstək məktubları ünvanlandı. Bu dəfə də Azərbaycanın rəşadətli oğulları öz qəhrəmanlıqları ilə dünyaya mesaj verir ki, ölkəmiz mövcud status-kvo ilə barışmayacaq, dözümlülük nümayiş etdirməyəcək. Ermənilərin təxribatları qarşısında siyasi və hərbi addımlar atılacaq. Məhz hərbçilərimizin belə qəhrəmanlıq nümunələri ölkə vətəndaşlarının öz ordusuna, Ali Baş Komandana, tezliklə münaqişənin həll edəcəyinə inamını daha da möhkəmləndirir. Silahlı Qüvvələrəmizin, şəhid olan əsgərlərimizin qətiyyətli mövqeyi vadar edir ki, biz bu mövqeyi sona qədər aparmaqla itirilmiş torpaqlarımızı işğaldan azad edək!
Alim