Gündəm

Xəstəxanada tüstülənmə - 90 nəfər təxliyə olundu

27 Fevral 2017 18:37

Yekaterinburqda xəstəxanada tüstülənmə faktı qeydə alınıb. Trend-in məlumatına görə, bu səbəbdən xəstəxanadan 90 nəfər təxliyə olunub. Rusiya FHN-in yaydığı məlumata görə, tüstülənmə qısqapanma nəticəsində yaranıb. Məlumatda bildirilib ki, xəstəxananın 7-ci mərtəbəsində baş vermiş qısaqapanma nəticəsində yaranmış tüstülənmə ilə əlaqədar 74 pasiyent, 8 yataq xəstəsi və 8 xəstəxana əməkdaşı olmaqla 90 nəfər təhlükəsiz yerə təxliyə olunub. Hadisə yerinə 17 yanğınsöndürmə maşını cəlb edilib.

Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib

27 Fevral 2017 18:35

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dominikan Respublikasının prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb.

Züleyxa Nadir yazır... Məktəblinin “sevgi” macərası...

27 Fevral 2017 18:35

Sevgi elə bir hissdir ki, həyatdakı bütün gözəlliklərin, bütün yaxşılıqların özəyini təşkil edir. Balaca bir uşağın al-əlvan kəpənəyə olan sevgisi ilə yaşlı bir insanın yaşam sevgisinin heç bir fərqi yoxdu. Çünki sevgilər yaş və ünvan tanımır. Yetər ki, sevgilər gərəkli yaşda doğru ünvana həqiqi hisslərlə bağlansın. Və ən önəmlisi odur ki, bu sevgi sənin həyata bağlanmağına və düzgün yaşam tərzinə stimul versin. Sevgilər müxtəlif olduğu üçün hər yaşın öz sevgi ünvanı olur.

Ermənilər xoflanıblar: "Biz müharibəyə hazır deyilik: başlasaq, uduzacağıq"

27 Fevral 2017 18:30

Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər yaşanan olaylar, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin bir neçə istiqamətindən hücuma keçmək cəhdləri və ağır cavab alaraq geri çəkilmələri rəsmi İrəvanın aqressiv planlarının arxivə yollanmadığını göstərir. Ermənilər işğal etdikləri ərazilərdən irəliləməyə, ordumuzun mövqelərini ağır və reaktiv artilleriya sistemlərindən, iriçaplı minaatanlardan və pulemyotlardan atəşə tutmaqla yeni mövqelər qazanmağa çalışırlar.

Respublika çaylarında mövcud vəziyyət

27 Fevral 2017 18:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar2 – a  verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-210, Kiçik Qafqazın çaylarında 200-230, Lənkəran-Astara bölgəsi çaylarında isə  120-240  faizini təşkil edir.

BQXK Azərbaycan hərbçilərinin nəşinin döyüş meydanından çıxarılması barədə məlumat yayıb

27 Fevral 2017 18:28

Təmas xətti boyu baş vermiş hadisə zamanı həlak olmuş hərbçilərin meyitlərinin axtarışları və toplanması başa çatıb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildirilib.

“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu təsis edildi

27 Fevral 2017 18:26

 Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun təsisiclası keçirilib. Fonddan “Olaylar” – a bildirilir ki, klubun təsisində məqsəd gənclərin diqqətini Azərbaycan tarixinin öyrənilməmiş və unudulmuş səhifələrinə yönləndirmək, Azərbaycanın maddi-mədəni irsinin, xüsusən Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyası irsinin qorunmasına cəlb etmək, XX əsrin əvvəllərindən etibarən çağdaş Azərbaycan tarixinə faciələr gətirmiş “erməni məsələsi”nin mahiyyətini ölüm, qan, terror daşıyıcısı olduğunu göstərmək, qondarma “Dağlıq Qarabağ” probleminin yaranmasında erməni məkrini öyrənməkdi.

Zərərçəkən: "Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" - YENİLƏNİB

27 Fevral 2017 18:10

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsində fasilədən sonra davam etdirilib.

Donald Tusk: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

27 Fevral 2017 18:09

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil”. Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, münaqişə tez bir zamanda beynəlxalq hüquqa əsasən siyasi yolla  həll olunmalıdır: “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir”.

Rafiq Quliyevin - 60

27 Fevral 2017 18:07

Bu gün Əməkdar incəsənət xadimi, tanınmış kinoopeator Rafiq Quliyevin 60 yaşı tamam olur. Kinostudiyadan “Olaylar” – a bildirilir ki, 1974-cü ildən Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının sənədli filmlər birliyində operator asisstenti, sonra isə studiyanın istehsal etdiyi bədii filmlərdə ikinci operator vəzifələrində çalışıb. Kinooperator sənətinin sirlərinə dərindən yiyələnmək məqsədilə 1982-ci ildə Moskvada S.Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsilini davam etdirib. 1987-ci ildən «Azərbaycanfilm» kinostudiyasında bədii filmlərin quruluşçu kinooperatoru vəzifəsində çalışır.

AEM Robert Trayb təlimi

27 Fevral 2017 18:05

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə tanınmış GMP üzrə məsləhətçi Robert Trayb səfər etmiş və Mərkəzin əməkdaşlarına “Əczaçılıq müfəttişliyi üzrə beynəlxalq əməkdaşlıq sistemi” və “GMP standartları” mövzularında təlim keçmişdi. Nazirlikdən “Olaylar” – a bildirilir ki, Robert Trayb dünya ölkələrinin dərman vasitələri üzrə tənzimləyici orqanlarına PİC/S-ə ((Pharmaceutical İnspection Cooperation Scheme),(Əczaçılıq Müfəttişliyi üzrə Beynəlxalq Əməkdaşlıq Sistemi))üzv olmaq üçün onların sistemlərinin və prosedurlarının təkmilləşdirilməsinə kömək edir.

Kimyasevərlər üçün yeni kitab

27 Fevral 2017 18:04

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Sorbsiya prosesləri” laboratoriyasının elmi işçisi Mahnur Cəfərlinin “Diaion CR-11, Dowex M-4195,KU-2x8 və KB-4P-2 ionitləri ilə məhlullardan Zn2+ və Pb2+ -ionlarının sorbsiyası” monoqrafiyası işıq üzü görüb. Akademiyadan “Olaylar” – a bildirilir ki, monoqrafiyada ilk dəfə Diaion CR-11, Dowex M-4195,KU-2x8 və KB-4P-2 ionitlərinin turşu-əsas xassələri öyrənilib, onların funksional qruplarının dissosiasiya sabitləri hesablanıb, ionitlərin monomer analoqları ilə müqayisədə polimer matrisanın ionitlərin turşu-əsas xassələrinə təsiri aydınlaşdırılıb.

Türkiyəyə qarşı birləşdilər: Yeni “terror dəhlizi” yaradılır

27 Fevral 2017 18:00

Suriyanın Əl-Bab mahalının cənubundan Münbiç istiqamətində irəliləyən Bəşər Əsədin ordusu YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü –red.) iflasa uğrayan “dəhliz”ini diriltməyə çalışır.

Almaniyanın Sosial-Demokratlar Partiyası və Bundestaqın Cənubi Qafqaz Qrupu Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

27 Fevral 2017 17:58

Almaniyanın Sosial- Demokratlar Partiyasının Bundestaqdakı fraksiyası Xocalı soyqırımın 25-ci ildönümü münasibəti ilə bəyanat yayıb.

Baş həkimin qanunsuz əməlləri ifşa edilmişdir

27 Fevral 2017 17:53

Bakı şəhər Narkoloji Dispanserində vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılmışdır.