Rafiq Quliyevin - 60
Bu gün Əməkdar incəsənət xadimi, tanınmış kinoopeator Rafiq Quliyevin 60 yaşı tamam olur. Kinostudiyadan “Olaylar” – a bildirilir ki, 1974-cü ildən Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının sənədli filmlər birliyində operator asisstenti, sonra isə studiyanın istehsal etdiyi bədii filmlərdə ikinci operator vəzifələrində çalışıb. Kinooperator sənətinin sirlərinə dərindən yiyələnmək məqsədilə 1982-ci ildə Moskvada S.Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsilini davam etdirib. 1987-ci ildən «Azərbaycanfilm» kinostudiyasında bədii filmlərin quruluşçu kinooperatoru vəzifəsində çalışır.
27 Fevral 2017 18:07 MədəniyyətBu gün Əməkdar incəsənət xadimi, tanınmış kinoopeator Rafiq Quliyevin 60 yaşı tamam olur. Kinostudiyadan "Olaylar" - a bildirilir ki, 1974-cü ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının sənədli filmlər birliyində operator asisstenti, sonra isə studiyanın istehsal etdiyi bədii filmlərdə ikinci operator vəzifələrində çalışıb. Kinooperator sənətinin sirlərinə dərindən yiyələnmək məqsədilə 1982-ci ildə Moskvada S.Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsilini davam etdirib. 1987-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bədii filmlərin quruluşçu kinooperatoru vəzifəsində çalışır.
Kinostudiyada yaradıcı fəaliyyətini davam etdirməklə yanaşı, 1999-2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb.
2001-ci ildə "MEDİA HOLDİNQ" şirkətinin "Lider" televiziyasında "Azərbaycan" redaksiyasını yaradıb. 2001-2004-cü illər ərzində rəhbərlik etdiyi qurumda 237 televiziya filminin istehsalını təşkil edib, onlarla filmə rejissor və operator kimi quruluş verib. Müxtəlif illərdə Beynəlxalq festivalların müsabiqə proqramlarında iştirak etmiş və önəmli mükafatlar almış, münsiflər heyətinin üzvü və sədri olmuş kinorejissor-operator Rafiq Quliyev 20-dən artıq bədii, 40-a yaxın sənədli film üzərində çalışıb. 250-dən artıq televiziya layihəsinin yaradıcısıdı.
Rafiq Quliyev 1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya rejissoru" kafedrasında kinooperatorluq ixitisası üzrə pedaqoji fəaliyyətlə məşğuldur. Onlarla elmi əsərin, dərslik və dərs vəsaitinin müəllifidir. 2006-cı ildə dosent, 2016-cı ildə professor elmi dərəcəsinə layiq görülüb. 2008-ci ildə "Azərbaycan səssiz kinosunun təsvir irsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2015-cı ildən "Kino-televiziya sənətləri" kafedrasının müdiridi.