Gündəm

Bakı məktəblərində Ədəbiyyat müəllimlərinin ibtidai sinif müəllimlərinə imla yazdırması narazılığa səbəb olub

27 Fevral 2017 17:51

Bakı məktəblərində ibtidai sinif müəllimləri yenidən imtahan edilir.APA-nın xəbərinə görə, ibtidai sinif müəllimlərinə imla yazdırılır və bu proses hər bir məktəbin "Azərbaycan dili-Ədəbiyyat" fənni müəllimləri tərəfindən həyata keçirilir. Bir müəllimin digər müəllim tərəfindən yoxlanılması məktəblərdə narazılıqlara səbəb olub.  

Erməni analitik Sarkisyan rejimini və müxalifəti "topa" tutdu İTTİHAM

27 Fevral 2017 17:47

“Ermənistanda saxtakarlıq yalnız siyasi arenada deyil, özü-özülüyündə bu arenanın kriteriyalarında da mövcuddur”. Bu fikirləri Ermənistanın 1.in.am saytında analitik yazar Aram Amatuni yazdığı yazısında qeyd edib. O, bildirib ki, Ermənistanda hər şey süni və saxtadır. SİTAT: “Bu kriteriyalardan biri də budur ki, əgər kimsə hər hansı müxalif gücləri tənqid edirsə, o hakimiyyətin iradəsini həyata keçirən tərəfə çevrilir - hazırki məqamda isə Serj Sarkisyanın. Halbuki bu fikirləri elə müxalifətin özü istehsal edir”.

Avtomobil təkəri oğurlayan tutulub

27 Fevral 2017 17:43

Fevralın 25-də Bakı şəhər sakini Azər Abızadənin "Hyundai" markalı avtomobilinin təkərləri oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət-Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  oğurluqda şübhəli bilinən paytaxt sakinləri Babək Mirzəyev və Əflatun Xəlilov tutulublar.  Ətraflarında aparılan tədbirlərlə onların daha 2 avtomobildən hava yastığı, pul və ətir oğurlamaları da müəyyən edilib.

Dəmir yolunu söküb oğurlayan ələ keçib

27 Fevral 2017 17:40

Fevralın 25-də Dübəndi dəmir yolu stansiyasının yaxınlığında dəmir yolu xəttinin 53 ədəd rels altlığını və 53 ədəd kasteli oğurlanıb. DİN-dən verilən məlumata görə, dəmir yolunu söküb oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Şirvan Gülmməmmədov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.Araşdırma aparılır.

Oğurluqda şübhəli bilinən şəxslər saxlanıb

27 Fevral 2017 17:41

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 23-də rayon ərazisindəki klinikalardan birinin anbarından 110 metr elektrik kabelini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cahid Xeyrullayev saxlanılıb. Həmçinin Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də rayon ərazisindəki evlərdən birindən 12.000 manat pul və 35.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Elmin Əlizadə tutulub, daha 1 nəfər isə müəyyən edilib. Avtomobil təkəri oğurlayan tutulub

Avtoqəzada 1 nəfər ölüb, 1-i yaralanıb

27 Fevral 2017 17:39

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, fevralın 27-də saat 01 radələrində qəsəbə sakini Emil Rzayev idarə etdiyi "BMW" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Liman qəsəbəsində tank əleyhinə  mina aşkar olunub

27 Fevral 2017 17:38

27 fevral 2017-ci il tarixdə sahilboyu ərazidə aparılmış axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonunun Liman qəsəbəsi ərazisindəki sahil nəzarəti məntəqəsinin sərhəd naryadı tərəfindən daha 2 ədəd TM-62 markalı tank əleyhinə  mina aşkar olunub.

İsrailli ekspert: "Ermənistanın növbəti təxribatı göstərir ki, bu ölkə regiondakı sabitlikdə maraqlı deyil"

27 Fevral 2017 17:35

"Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində Ermənistanın törətdiyi növbəti təxribat bir daha onu göstərir ki, bu ölkə Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpa olunmasında maraqlı deyil".

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi Ümumi Yığıncağını keçirib

27 Fevral 2017 17:32

Fevralın 25-də “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi Ümumi Yığıncağını keçirib. Yığıncağı qurumun ən yaşlı üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, 84 yaşlı Ədilə Çernikbulənd açıb. Sonra Xocalı soyqırımı qurbanlarının, o cümlədən fədai Ağayar İmaninin, onun həmin döyüşdə şəhid olan oğlu Malikin, həmçinin iki yığıncaq arasında dünyalarını dəyişmiş bütün mühacirlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Qənirə Paşayeva Boluda Daqlıq Qarağdan danışıb

27 Fevral 2017 17:27

Türkiyənin Bolu vilayətində Bolu bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı: Unutmadıq, unutmayacağız və unutturmayacağız” adlı tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, QHT təmsilçiləri, sənət adamları və gənclər geniş şəkildə iştirak ediblər. Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva  Azərbaycanda ön cəbhədə işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycan əsgərləri, Türkiyədə terrorla mübarizədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm deyə başlayıb və terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib.

İran ən yeni qanadlı raketini sınaqdan keçirdi

27 Fevral 2017 17:17

Xəbər verdiyimiz kimi, İran Hərbi Dəniz Qüvvələri dünən səhər Hind okeanının şimalında “Vilayət-95” adlı irimiqyaslı hərbi təlimlərə başlayıb.  Təlimlər çərçivəsində İran Hərbi Dəniz Qüvvələri bu gün “yer-dəniz” tipli ən yeni qanadlı raketi olan lazer tuşlayıcılı “Dehləviyə”ni sınaqdan keçirib.

"Ermənistanın son təxribatına..."

27 Fevral 2017 17:14

Ermənistan Silahlı Qüvvələrinin Xocalı soyqırımının 25-ci ildönümündə cəbhə xəttində növbəti təxribat törətməsinə beynəlxalq təşkilatların susqunluğu münaqişənin həllində yenə də ikili standartları göstərir.

Polkovnik istintaqdan kənarda necə qala bildi?

27 Fevral 2017 17:12

"MTN işi" ilə bağlı başladılan cinayət işlərində adı bir neçə epizodda hallanan polkovnik Təhsin Ağayevlə bağlı daha bir məqam ortaya çıxıb. Onun müavin olduğu baş idarədə 1-ci idarənin rəisi olan Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş kimi tanınan Müsənnif Salahov T.Ağayevin də leyhinə ifadə verib.

Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri döyüş meydanından çıxarılıb

27 Fevral 2017 17:11

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.